Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

ABŞ-Almaniya münasibətləri pisləşir

 

 Almaniyanın Xarici İşlər naziri Hayko Maas Berlin və Vaşinqton arasında münasibətlərin mürəkkəbləşdiyini deyib.
Yenixeber.org: Məlumata görə, XİN rəhbəri "Bild am Sonntag"a müsahibəsində bildirib ki, ABŞ-ın hərbi qüvvələrinin bir hissəsini Almaniyadan çıxarmaq qərarı ölkələrarası narazılığa səbəb olub.

"Biz transatlantik ittifaqın yaxın tərəfdaşlarıyıq. Ancaq çətindir. ABŞ silahlı qüvvələrinin bir hissəsinin çıxarılması məsələsinə gəldikdə isə biz bunu nəzərə alacağıq. ABŞ silahlı qüvvələri ilə on illərdir inkişaf edən əməkdaşlığı yüksək qiymətləndiririk. Bu, hər iki ölkənin maraqlarına uyğundur", - deyə Maas ABŞ-la mövcud münasibətləri şərh edərkən qeyd edib.



Xatırladaq ki, "Wall Street Journal" nəşri özəl mənbəyə istinadən Prezident Donald Trampın ABŞ hərbi kontingentinin 9,5 min üzvünün Almaniyadan çıxarılması ilə bağlı əmr imzaladığını yazıb. Trampın sərəncamına əsasən, ABŞ-ın bu ölkədəki hərbçilərinin sayı 25 minə qədər azaldılacaq. Hazırda Almaniyada təxminən 35 min Amerika əsgəri var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam