Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ İranın üzərinə 14 min hərbçi, onlarla gəmi göndərməyə hazırlaşır -“The Wall Street Journal”

 

ABŞ administrasiyası İranla mübarizə məqsədilə Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirmək üçün bu əraziyə 14 min əsgər və onlarla hərbi gəmi göndərməyi nəzərdən keçirir.

Yenixeber.org: Bu barədə “The Wall Street Journal” nəşri Amerika Birləşmiş Ştatları rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bununla bağlı müvafiq qərarı dekabr ayında verəcək.

Qəzet yazır ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində Tramp yeni münaqişələrdən qaçmağa çalışır. Eyni zamanda dövlət başçısı əmindir ki, Tehran tərəfdən mümkün təhlükələrlə mübarizə aparmaq lazımdır. Tehran Vaşinqtonun gücləndirilmiş sanksiya paketinə cavab verə bilər. Bunu nəzərə alan ABŞ administrasiyası İranın qarşısını almaq üçün əlavə qüvvələrin regiona göndərilməsini nəzərdən keçirir.

Rəsmilərdən bəziləri hesab edir ki, əlavə qüvvələrin yerləşdirilməsi, əksinə, İran tərəfdən hücumlara səbəb ola, ya da “regionu təhlükəli, gözlənilməz münaqişəyə sürükləyə bilər”.

Daha sonra Pentaqonun rəsmi nümayəndəsi Alissa Fara “The Wall Street Journal” qəzetində işıq üzü görən məqalənin həqiqəti əks etdirmədiyini bildirib. “ABŞ Yaxın Şərqə 14 min əlavə hərbçi göndərməyi planlaşdırmır”, - deyə o “Twitter” hesabında yazıb.

Sentyabrın sonu Pentaqon Səudiyyə Ərəbistanına 200 hərbçi, “Patriot” zenit-raket kompleksinin əlavə batareyasını, habelə dörd ədəd “Sentinel” radarı göndərmək istədiyini elan edib. Belə bir qərar krallığın “Saudi Aramco” neft şirkətinin obyektlərinə dron hücumu fonunda qəbul edilib. ABŞ və bir sıra qərb ölkəsi baş verənlərdə İranı günahlandırıb. Tehran isə ittihamları təkzib edib, hücumla əlaqəsinin olmadığını qeyd edib. İranın xarici işlər naziri Cavad Zərif Vaşinqtonun hərbi heyəti gücləndirməklə bağlı qərarını tənqid edib və bunu biyabırçılıq adlandırıb. İran həmçinin Yaxın Şərqdə hərbi münaqişə ehtimalını da istisna etməyib.

(xpressa.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam