Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Manatın ucuzlaşmasından kimlər daha çox ziyan çəkə bilər?

 

«İndiki vəziyyətdə əsas zərbə xarici valyuta ilə kredit götürənlərə dəyəcək»

İqtisadçı ekspert Samir Əliyev: «Ölkədə kütləvi şəkildə manat bolluğu yarana bilər».
"Xeberinfo.com":  Məlumata görə, son zamanlar banklarda depozitləri olan bir çox vətəndaşlar həmin depozitlərin dollara çevrilməsini istəyirlər və Mərkəzi Bank da banklara etdiyi tövsiyyədə vətəndaşların bu tələblərini yerinə yetirməyi düzgün hesab etdi. Bəs belə bir təhlükə varmı ki, banklar vətəndaşlara verdiyi kreditləri dollara çevirsinlər? Faktiki olaraq, bu gün Rusiyada bir çox vətəndaşlar məhz banklardan dollarla aldıqları kreditlərin qurbanlarına çevriliblər və onlar Rusiya hökümətindən dollarla olan kreditləri rubla çevirməyi tələb edirlər. Bəs Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət necədir?
PİA.AZ-a bu barədə açıqlama verən İqtisadci ekspert Samir Əliyev hesab edir ki, Azərbaycanda bu prosses Rusiyadakı kimi ağrılı olmayacaq. Çünki Azərbaycanda verilən kreditlərin 60 faizdən çoxu məhz manatla verilib. Amma banklardakı depozitlərlə bağlı problem ciddidir:
«Əslində bu proses ötən ildən başlayıb. Təsadüfi deyil ki, dekabr ayında manatla olan depozitlərin payı 63%-dən təxminən 61%-ə qədər azalıb. Yaxın aylarda dolların payı getdikcə artacaq. Bu isə kütləvi axın problemi  yaradır. Düzdür, bizdə depozitdə manatın payı yüksəkdir  və çox güman ki, yaxın aylarda depozit və kreditlərdə bu tendensiya davam edəcək. Burada təhlükəyə səbəb odur ki, Rusiyada depozitlərdə rublun payı az idi, bizdə isə çoxdur. Onlarda az olduğuna görə də depozitə görə bank sektoruna az adam müraciət edir. Ancaq bizdə bu yüksək olduğuna görə birdən-birə bank sektorunda müəyyən fəsadlar yarada bilər. Fəsadlar ondan ibarət ola bilər ki, kütləvi şəkildə dollar qıtlığı yarana bilər və bankların dollarla bağlı əməliyyatlarında müəyyən problemlər yarana bilər. Eyni zamanda ölkədə kütləvi şəkildə manat bolluğu yarana bilər. Çünki hər kəsin öz depozitini avtomatik olaraq dollara çevirməsi  manat üçün  əlavə təzyiq yaradır. Təzyiq yarananda isə manatın qiyməti ucuzlaşmalıdır. Bunun qarşısını almaq üçün Mərkəzi Bank öz valyuta ehtiyatını bazara buraxır. Belə bir situasiyada ya Mərkəzi Bankın ehtiyatları azalmalıdır, ya da Mərkəzi Bank pulu buraxmalıdır, devalvasiya getməlidir. Devalvasiyanın isə mənfi tərəfi odur ki, qiymətlər və  kredit faizləri artacaq. Çünki bizdə kredit qoyuluşunda manatın payı 60%-dən çoxdur. İndiki vəziyyətdə əsas zərbə xarici valyutadan kredit götürənlərə dəyəcək. Onların ödəməsində problem yaranacaq. Amma 3/2 hissə üçün manatın dəyərdən düşməsi ödənişi rahatlaşdıracaq. Məsələn, bir tanışım var. Rusiyada ev alıb və hər ay 60 min rubl pul keçirir. İlin əvvəlində 60 min rubl 2000 dollar idisə, indi 60 min rubl demək olar ki, min dollar edir. Bu kimi devalvasiya kredit bazarında bir o qədərdə ciddi problem yaratmayacaq. Amma 30% insanlar üçün böyük problemlər yaranacaq. Çünki şərti olaraq, insan hər ay 100 dollara görə 79 manat ödəyirdisə, devalvasiyadan sonra 100 dollara görə 90-100 manat ödəyə bilər. Bu isə faktiki olaraq, həmin insanın xərcini artırır».

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam