Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Manat üzüaşağı getməyə davam edəcək”

samir-eliyev-iqtisadci“Bu gün Mərkəzi Bank 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Məlumatlara görə, hərracda iştirak edən 29 bank tərəfindən 98,217 milyon dollar alınıb. Yəni bankların tələbi 100% yerinə yetirilib”.

Xeberinfo.com:  Bunu iqtisadçı Samir Əliyev bildirib.

S.Əliyevin qənaətinə görə, ilk baxışdan dollar tələbatının azaldığı görünür: “Ancaq əslində elə deyil. Əvvəla, yanvar ayında kifayət qədər dollar satışı həyata keçirilib. Təkcə Neft Fondu 600 milyona yaxın dollar satışa çıxarıb. Qeyd edim ki, bu, indiki məzənnə ilə Neft Fondunun 2 aylıq normasıdır. Manat əhəmiyyətli ucuzlaşmasa, Fond növbəti aylarda bazara töhfəsini azaltmalı olacaq. İkincisi, banklar tərəfindən valyuta almağa marağın az olmasının əsas səbəbi manat qıtlığıdır. Son 1 ildə pul bazası 11,5 milyardan 6,9 milyard manata düşüb. Banklar manatla kredit verməkdə çətinlik çəkir. Çünki nə Mərkəzi Bank manat dəstəyi verir, nə də əhali manat depoziti qoyur. Banklar əsas gücü korporativ müştəriləri qarşısında öhdəliklərini yerinə yetirməyə verirlər. Ona görə də əllərindəki məhdud manat kütləsini dollar çevirməkdə maraqlı deyillər. Belə olmasaydı bir çox banklar dollar satışını dayandırıb ancaq alış etməzdilər. Əgər məzənnə tələb-təklif əsasında formalaşırsa, deməli, hərracın nəticəsində manat nisbətən bahalaşmalı idi. Halbuki dolların növbəti gün üçün məzənnəsi 0,0026 manat artaraq 1,6054 səviyyəsinə qalıb”.

İqtisadçı qeyd edir ki, hər bir halda ölkədə dollara tələbat azalmayıb: “Hələ ki əllərdə dollara çevrilmək potensialı olan manat kütləsi var. Hərracdan dolları alan banklar əsasən dövlət büdcəsinə bağlı olan iri kredit təşkilatlarıdır. Mərkəzi Bank dövriyyəyə yeni manat kütləsi buraxdıqca dollara tələbat da artacaq. Valyuta bazarında sabitlik barədə danışmaz hələ ki tezdir. Əlavə valyuta cəlb edilməsə və kapital axını məhdudlaşmasa, valyuta bazarı daim təzyiq altında qalacaq. Deməli, manat da üzüaşağı getməyə davam edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam