Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Problem manata olan inamın itirilməsindədir”

 

Tanınmış iqtisadçı Qubad İbadoğlu yenidən ölkədə manatın möhkəmlənməsi ilə bağlı aparılan siyasətə toxunub

"Xeberinfo.com":  Məlumata görə, o, qeyd edib ki, son zamanlar manatla olan əmanətlər sürətlə dollara çevrildiyindən banklar kreditləri aktivlərində olan əmanətlərə görə dollarla verir: 
“Mərkəzi Bankın cəmi depozit bazasının valyutalar üzrə strukturu ilə əlaqədar olan məlumatına görə, bu ilin aprel ayının 1-ə banklarda olan 18 milyarda 531 milyon manatlıq cəmi depozitlərin 12 milyard 572 milyon manatı və 70 faizini dollarla olan əmanətlər təşkil edir.
Bank əmanətlərinin dollarlaşmasının hazırkı səviyyəsi son 10 ilin ən yüksək göstəricidir. Banklardan manatla geri götürülən vəsaitlər sonradan banklara dollarla qayıtdığından onlar manatla kreditləşməni davam etdirə bilmirlər. Verilən məlumata görə, bu problemi həll etmək üçün Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar da bu pulu öz növbəsində yalnız kreditləşməyə sərf edə biləcəklər.
Hesab edirəm ki, Mərkəzi Bankın bu siyasəti mövcud problemi yumşaltsa da onun dayanıqlı həllini təmin edə bilməyəcək. Çünki, yaranmış problemin əsl səbəbi manata olan inamın itirilməsindədir, ona görə də belə yanaşma ilə devalvasiya nəticəsində milli valyutanın zədələnmiş reputasiyasını bərpa etmək mümkün olmayacaq. Fikrimcə, mövcud problemin uzunmüddətli dövrdə həlli üçün məzənnənin və əmanət bazarında faiz dərəcəsinin iqtisadi üsullarla tənzimlənməsi siyasəti önə çıxmalıdır”.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam