Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Qarabağda antiterror əməliyyatı aparmaq olar.., neçə illər gözləməyə dəyməzdi”

 

"Əgər masanın üzərində konkret məsələlər yoxdursa, boş müzakirələr kimə lazımdır? Nə müzakirə edilir?"

 

Yenixeber.org: Lavrovun məlum bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr bir az da fəallaşıb. Lakin təkcə müzakirələr deyil, Ermənstanda daxili siyasi mübarizə də xeyli aktivləşib.

 

Bununla yanaşı, “Uzun və mənasız danışıqlar fonunda problemin həllində konkret addımlar atmağın vaxtı deyilmi” sualı indi hər kəsi düşündürür.

 

Bu qəbildən olan suallarını tanınmış politoloq, professor Fikrət Sadıqov cavablandırıb.  

-Fikrət müəllim, Sergey Lavrovun bəyanatı nəyin təzahürüdür? Həqiqətənmi Rusiya mövqeyini dəyişir, yoxsa bu, başqa siyasi planın tərkib hissəsidir?

 

-Lavrovun bəyanatı Ermənistan rəhbərliyi üçün bir sensasiya oldu. Çünki Ermənistan öyrəşmişdi ki, Rusiya ömür boyu onların başların sığallayır, arxalarında dayanaraq onları müdafiə edir.

 

Ancaq axırıncı proseslər göstərir ki, Moskvanın mövqeyində müəyyən dəyişikliklər var. Təbii ki, bu, strateji dəyişiklik deyil, mən bunu taktiki addım adlandırardım. Bu bəyanat Rusiyanın Ermənistan rəhbərliyindən narazı olmasının təzahürüdür. Onların özlərini aparmasından və bir sıra addımlarından çox narazıdır və bu hərəkətlər Rusiyanı qıcıqlandırır. Bu gərginlikdə bir sıra amillərin rolu var. Buraya Robert Köçəryanın həbsi, Ermənistana verilən qazın qiymətləri, Paşinyanın Qarbə üz tutması və sair faktorlar təsiredici rol oynayır.

 

Bütün bunlar o deməkdir ki, biz Rusiya XİN rəhbərinin sözügedən bəyanatına görə özümüzü aldatmamalıyıq. Lavrov bu bəyanatı verəndə Azərbaycanın maraqlarını düşünməyib. Hesab edirəm ki, o, bununla Ermənistana təzyiq göstərmək fikrində idi. Yəni “özünü ələ al, düşün” mesajını vermək istəyirdi.

 

Görünən odur ki, hədəfinə də nail olur. Çünki Ermənistan mətbuatında yayılan məlumatlara görə, Paşinyan Putinə bir neçə dəfə zəng edib, lakin Putin hələlik onunla danışmaqdan yayınır. Burada bir faktoru da vurğulamaq lazımdır. Bu, Ermənistandakı daxili siyasi mübarizə amilidir. Paşinyana qarşı artıq bir siyasi dalğa başlayıb. Bu qüvvələr Paşinyanı Azərbaycana təslim olmaqda ittiham edirlər və mübarizə dalğası getdikcə genişlənir.

Beləliklə, hazırda Nikol Paşinyan iki zərbə arasında qalıb.

 

 

-Bəyanatdan sonra Ermənistan rəhbərliyi açıqlama verdi ki, heç bir mərhələli həll variantı müzakirə mövzusu deyil və ola da bilməz. Belə olan halda biz danışıqlarda nəyi müzakirə edirik?

 

-Mənim fikrimcə, biz bəzi hallarda danışıqlardan imtina etməliyik. Hər dəfə bu mənasız danışıqlara getməməliyik. Əgər masanın üzərində konkret məsələlər yoxdursa, boş müzakirələr kimə lazımdır? Nə müzakirə edilir? Əgər Ermənistan hər dəfə deyirsə ki, onlar mərhələli həlli müzakirə etməyəcəklər, onda sual yaranır ki, biz niyə harasa gedirik və nəyi müzakirə edirik? Mnatsakanyanla bir masa ətrafında oturub onun səfeh bəyanatlarını dinləmək bizə lazım deyil axı...

Digər tərəfdən, biz diplomatik addımlarımızı daha çox hücum xarakterli etməliyik, daha fəal olmalıyıq. Gözləmə mövqeyindən real addımlara söykənən fəal mövqeyə keçməliyik. Düşmənə çatdırmaq lazımdır ki, biz bundan sonra onlarla oyun oynamayacağıq.

 

 

-Dediyiniz addımları atmağın vaxtı çatmayıb hələ? Hər dəfə belə bəyanatlardan sonra müzakirələr bir az qızışır, sonra sanki hər şey əvvəlki sakit axarına qayıdır...

 

-Münaqişənin həllində real addımlar atmağın vaxtı çoxdan çatıb. Biz ən azı Ermənistan tərəfinin radikal bəyanatlarını cavabsız qoymamalıyıq. Biz daha çox radikal mövqe nümayiş etdirməliyik. Həm diplomatik sahədə, həm də hərbi sahədə gücümüzü nümayiş etdirməliyik.

 

 

-Bir suala aydınlıq gətirməyinizi xahiş edirik. Cəmiyyətdə bəzən belə bir sual yaranır ki, biz Azərbaycanın daxilində baş verən separatizmi Ermənistanla niyə müzakirə edirik? Əgər Ermənistan Azərbaycana qarşı torpaq iddiasını açıq etiraf etmirsə...

 

-Bu belə deyil. Dağlıq Qarabağın ətrafında 7 rayon da işğal edilib və hamı bilir ki, bu işğalı Ermənistan həyata keçirib. Bunu etməyə separatçı rejimin gücü çatmaz.

 

 

-O zaman bu, Ermənistanın Azərbaycana təcavüzüdür. Bu halda biz niyə “Dağlıq Qarabağ münaqişəsi” deyirik və daxilimizdə baş verən separatizmi Ermənistanla müzakirə edirik?

 

-Münaqişənin adından asılı olmayaraq işğal edilmiş ərazilər Azərbaycan torpaqlarıdır. Biz danışıqlarda bu torpaqların azad olunmasını tələb edirik. Birinci mərhələdə torpaqlar azad edilməlidir. Dağlıq Qarabağ separatçılarının bu işğalı reallaşdırmaq gücü yoxdur. Bunu bütün dünya da bilir və Ermənistanla biz hələlik ancaq birinci mərhələdə 7 rayonun azad edilməsini müzakirə edirik. Biz Dağlıq Qarabağ erməniləri ilə danışıq apara bilmərik.

 

 

-Separatçılarla danışıq aparmaq yox, onları zərərsizləşdirmək lazımdır. Bütün dövlətlər kimi, Azərbaycanın belə bir hüququ yoxdur?

 

-Əsas problemlərdən biri odur ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən bu münaqişə aparıcı dövlətlərin maraq dairəsinə daxil olub. ABŞ, Rusiya, Fransa, Avropa Birliyi və s. Onlar da bir çox hallarda bizə təzyiq edirlər ki, qan tökülməsin, məsələ dinc yolla həll olunmalıdır. Doğrudur, onların hamısı bizim ərazi bütövlyümüzü dəstəkliyirlər, lakin bu kifayət deyil. Əsas çətinlik də bu aparıcı ölkələrin mövqeyindən törəyir. Onlar Ermənistanın başını sığallayırlar. Bunlar da imkan vermir ki, biz topraqlarımızı azad edək. Aprel savaşında da bu göründü.

 

Ancaq əlbəttə ki, antiterror əməliyyatı aparmaq olar, hətta bunu çoxdan etmək lazım idi. Bunu etmək üçün bu neçə illəri gözləməyə dəyməzdi. Bizim kifayət qədər iradəmiz də, gücümüz də var ki, bu əməliyyatları operativ şəkildə, sürətlə həyata keçirək.

Bu məsələdə biz daha çevik hərəkət etməliyik. Hər zaman bu aparıcı ölkələrin diqtəsilə oturub-durmamalıyıq.

 

 

-Daxili separatizmə qarşı aparılan əməliyyatlara da beynəlxaq “icazə” lazımdır? Bəs onda biz nə etməliyik? Nəyi gözləməliyik?

 

-Biz gərək bu amilləri nəzərə almadan, bəzi hallarda antiterror əməliyatı adı altında hərəkətlər edək. Heç olmasa bir neçə kənd, bəzi rayon mərkəzləri azad edilməlidir.

 

Eyni zamanda biz diplomatik səylərimizi də daha fəal aparmalıyıq. Buna görə də heç kəsdən nə icazə almağa, nə də gözləməyə ehtiyac yoxdur.

 

Proses mürəkkəb bir prosesdir. Bəzi ölkələr belə hallarda özlərini başqa cür aparırlar. Məsələn, gördünüz ki, İspaniyanın Kataloniya əyalətində onlar necə hərəkət etdilər. Onları bələklərində boğdular, katalonların liderlərini həbs etdilər. Separatçıları dəstəkləyən qüvvələri də zərərsizləşdirdilər və problemə nöqtə qoydular. (moderator)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam