Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

ABŞ və Rusiyanın CANFƏŞANLIĞI: Qarabağ ətrafında nə baş verir? - Politoloq AÇIQLADI

 

ABŞ və Rusiyanın CANFƏŞANLIĞI: Qarabağ ətrafında nə baş verir? - Politoloq AÇIQLADI

Yenixeber.org: Son günlər Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair dünya güclərinin aktivliyi nəzərə çarpır. Xüsusilə, Rusiya və ABŞ məsələnin müzakirəsi ilə bağlı müxtəlif təkliflərlə çıxış edir, gündəmdə Qarabağın statusu ilə bağlı fikirlərə, müzakirələrə yer verirlər. Supergüclərin Qarabağ münaqişəsi ilə bağlı irəli sürdüyü təkliflər arasında “Lavrov planı” və “Bolton planı” diqqət çəkir. Həmin dövlətlər bu təkliflər paketində öz maraqları rakursundan çıxış edərək tərəflərin razılığa gəlməsini tövsiyə edirlər. Bu da o deməkdir ki, illərdir ölü nöqtəsindən tərpədilməyən Qarabağ münaqişəsinin həllinə dair qlobal miqyasda addımlar atılır.

Politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında bildirib ki, son dövrlərdə Qarabağ münaqişəsi ilə bağlı danışıqlar özü özlüyündə aktivləşib:

“Tərəflər artıq hansısa konstruktiv ortaq məxrəcə gəlməyə nail olublar. Hər halda, danışıqlar prosesinin və tərəflərin açıqlamaları bunu göstərir. Daha çox Azərbaycan tərəfi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin açıqlamaları göstərir ki, ortaq məxrəcə gəlinir. Lakin razılıqların reallaşması təkcə münaqişə tərəflərinin yox, supergüclərin də maraqlarından asılıdır. Amerika, Rusiya, eyni zamanda Fransanın bu istiqamətdə rolu önəmlidir. Bu ölkələrin məsələyə müştərək reaksiyasından da çox şey asılıdır. Çünki bu ölkələr Minsk qrupunda təmsil olunurlar və onların ortaq reaksiyası münaqişənin həllində rol oynayacaq.

Maraqlıdır ki, adıçəkilən ölkələrin maraqları Ukrayna, Suriya və digər münaqişələrlə bağlı məsələlərdə üst-üstə düşmür. Ancaq elə məsələlər də var ki, Rusiya, həmçinin, Amerikanın mövqeyi bir-birinə yaxındır. Məsələn, Şimali Koreya. Bu ölkənin nüvə proqramları ilə bağlı tədbirləri Rusiya və Amerikanın yanaşmalarının yaxınlaşdırdı. Eyni məntiqlə, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda da eyni reaksiyanı müşahidə edə bilərik. Lakin bunun dərəcəsini yaxın zamanda görəcəyik. Danışıqlar prosesinin gedişatı bu ölkələrin mövqeyini də açıq-aydın ortaya qoyacaq. Əgər proses müsbət tendensiya ilə davam etsə, onda demək olar ki, Amerika və Rusiya bu məsələdə ortaq mövqe ilə hərəkət edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam