Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Koronavirus və Qarabağ:“Böhran vəziyyətində atəşkəs rejiminə riayət olunmalıdır”

 

 Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan Covid 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.

Yenixeber.org: Nazirlər və ATƏT-in Minsk qrupu həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə çərşənbə axşamı keçirilən video-konfransında vurğulanıb ki, ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmalı və hər hansı təxribatlardan çəkinilməlidir, birgə bəyanatda bildirilib.

Hər iki ölkədə koronavirusa yoluxma faktları aşkarlanıb, ölənlər var. Həm Azərbaycan, həm də Ermənistanda hazırda karantin rejimidir.

Video konfrasda tərəflər, həmçinin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uygun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımları nəzərdən keçiriblər.

Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub.

"Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil,"- Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirib.

Azərbaycan tərəfi bəyan edib ki, "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır".

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sonuncu görüş 28-30 yanvar tarixində Cenevrədə keçirilib. Azərbaycan Cenevrə görüşünü "son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş kimi" qiymətləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam