Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İsraildən sensasiyalı açıqlama: ABŞ kəşfiyyatı koronavirus haqqında noyabr ayında bilirmiş

 

 Ötən ilin noyabr ayının ortalarında ABŞ kəşfiyyatı İsrailə Çində yaranan yeni koronavirusun yaratdığı təhlükə barədə xəbərdarlıq edib.

Yenixeber.org: Bu haqda məlumatı İnterfaks agentliyi İsrail mediasına istinadən yayıb.

Mənbə bildirir ki, ABŞ kəşfiyyatı Çinin Wuhan şəhərini əhatə edən COVID-19 haqqında artıq məlumatlı idi.

İsrail televiziyasının verdiyi məlumata görə, Ağ Ev məlumatı ciddi qəbul etməyib.

Ancaq Donald Tramp rəhbərliyinin bu mövqeyinə baxmayaraq kəşfiyyat NATO müttəfiqlərini və İsraili xəbərdar etmək qərarına gəlib.

Noyabr ayının əvvəlində İsrail Müdafiə Qüvvələri bilinməyən bir yoluxucu xəstəliyin bölgəyə daxil olmasının İsrailə təsir edəcəyi fəsadların ilk müzakirəsini keçirib.

Bu məlumat ölkənin səlahiyyətlilərinə və Səhiyyə Nazirliyinə çatdırılıb, ancaq “heç bir şey edilməyib”. Kanal iddia edir.

Cümə günü səhər İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, 12 855 yoluxmuş COVID-19 qeydə alınıb. Gün ərzində 264 nəfər virusa yoluxub, 148 xəstə ölüb.(konkret)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam