Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyənin yeni müharibə taktikası - Ermənistan təlaşda

 

“Akınçı” milli pilotsuz döyüş təyyarələri hərb tarixində yeni səhifə yazır; Azərbaycan qardaş ölkə ilə bu silahların da birgə istehsalını qura bilər; Bloomberg: “Belə bir uğur indiyədək yalnız İsrailə müyəssər olub...”

Yenixeber.org: Türkiyənin Suriyanın İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatı davam edir. Hər gün Əsəd rejimi və onunla müttəfiq qüvvələr daha çox sayda canlı qüvvə və hərbi texnika itirməkdə, daha çox ərazi, daha çox yaşayış məntəqəsi rejim qüvvələrindən təmizlənməkdədir. Ankaradan verilən rəsmi bəyanatlara görə, Türkiyə bu dəfə əməliyyatı başa çatdırmaq əzmindədir. Çünki nə Rusiya, nə də onun kuklası Bəşər Əsəd Soçi anlaşması ilə verdikləri yazılı vədləri tutmayıb, üstəlik, 34 türk əsgərini şəhid edib.

 

“Bahar qalxanı” əməliyyatında bütün dünyanın diqqətini ən çox çəkən isə Türkiyənin yerli istehsal olan “Akınçı” pilotsuz uçan təyyarələrdən (PUA) geniş şəkildə istifadə eləməsidir. Əsəd rejiminə və ona müttəfiq qüvvələrə əsl mənada aman verməyən, onları insafsızcasına qırıb-çatan bu PUA-lara “İnsafsız hava nəqliyyatı” da deyirlər. Nəticə etibarilə Suriya ordusu faktiki şəkildə İdlibdə hücumu davam etdirmək imkanlarını itirib.

“Türkiyənin bu PUA-ları tətbiq eləməsi onun döyüş meydanlarında texnoloji imkanlarını sübut edən hərbi yenilikdir”.

Bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti haqda informasiyaya çıxışı olan yüksək çinli türkiyəli məmur Bloomberg-ə deyib. Onun sözlərinə görə, ilk dəfə olaraq, bu PUA-ların sayəsində Suriyada olduqca geniş ərazisi azad olunub. Bloomberg Türkiyə hərbi qaynaqlarına istinadən xəbər verir ki, onlarla dron Əsədin hərbi bazalarına və silah anbarlarına zərbələr endirib, hələ üstəlik, bir neçə zenit-raket kompleksini məhv edə bilib.Öz növbəsində ABŞ-dakı Yaxın Şərq İnstitutunun ekstremizmin və kontur-terrorçuluğun öyrənilməsi proqramının rəhbəri Çarlz Lister hesab edir ki, Türkiyə Suriyada yalnız dronlardan istifadə eləməklə, uğurlu hava kampaniyası aparır. Onun qənaətincə, belə bir şey indiyədək yalnız İsrailə müyəssər olub.

*****

Bəzi təhlilçilərə görə, İdlib bölgəsində Türkiyənin tətbiq elədiyi yeni döyüş taktikası hətta hərb dərsliklərinə daxil edilə bilər. Məlumat üçün bildirək ki, “Akınçı” PUA-ları prezident Rəcəb Tayyib Ərdoğana yaxın iş adamı Səlcuk Bayraktarın holdinqini istehsal edir. Ötən sayımızda yazdığımız kimi, Türkiyənin pilotsuz aparatlarlardan kütləvi istifadə etməklə endirdiyi zərbələr Rusiya hərbi komandanlığını da təəccübləndirib. Hazırda Moskva və Dəməşq Türkiyə dronlarından necə qorunmağın yollarını axtarır.

“Akınçı” milli pilotsuz döyüş təyyarələri ile ilgili görsel sonucu

Türkiyənin istifadə etdiyi zərbə pilotsuz təyyarələrin taktiki-texniki göstəriciləri əsasında belə görünür ki, onların dünyada analoqu mövcud deyil. Belə ki, “Baykar Holdinq” tərəfindən istehsal edilən “Akıncı” pilotsuz təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir. 6 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir  (Virtualaz.org).

“Akıncı”nın ən mühüm özəlliklərindən biri də onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir. Dronun faydalı yük götürmə qabiliyyəti 350 kiloqrama qədərdir. Bu imkanın sayəsində “Akıncı” kifayət qədər böyük dağıdıcı gücə malik olan, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. Dronların “Bayraktar Akıncı” modeli isə ümumiyyətlə, strateji təyinatlı pilotsuz döyüş təyyarələridir. Onlar 40 min fut yüksəkliyə qalxır və daxildə 400 kiloqram, xarici asqılarında isə 950 kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. Qanadlarının eni 20 metrdir.

“Akınçı” SİHA ile ilgili görsel sonucu

“Akıncı” dronları TÜBİTAK SAGE və ROKETSAN şirkətləri tərəfindən istehsal edilən MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83,  Kiti-MK-82 qanadlı raketi, “Gökdoğan”, “Bozdoğan”, SOM kimi müxtəlif çeşidli “ağıllı” bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırıla bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edə, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiya içərisində olur - hansı ki, İdlib səmasında özünü göstərdi.

*****

Bizim yeganə strateji və təbii müttəfiqimiz Türkiyənin hərb sənətinin son uğurları sözsüz ki, qardaş ölkə kimi eyni dərəcədə Azərbaycanı sevindirir. Həm də o səbəbə ki, bizim də erməni işğalına qarşı azadlıq savaşımız qabaqdadır. Türkiyə isə müttəfiq və qardaş ölkə olaraq, pilotsuz döyüş aparatlarının tətbiqi ilə bağlı misilsiz təcrübə ortaya qoyub. Gələn xəbərlərə görə, bu, işğalçı Ermənistanda, Dağlıq Qarabağ separatçılarında əməllicə təlaş doğurub.

Türkiyə Azərbaycana silah ile ilgili görsel sonucu

Haqlı təlaşdır. Əvvəla, ona görə ki, Azərbaycan PUA-lara malik azsaylı ölkələrdən biridir. Məlumdur ki, İsraildən bu dronların bir neçə tipi, o cümlədən “kamikadze” dronlar alınıb. Onların bir neçəsi 2016-cı ilin aprel savaşı zamanı uğurlu döyüş sınağından da çıxıb. Ancaq indi məlum olur ki, Türkiyənin “Akıncı” dronları Azərbaycanın İsraildən aldığı dronlardan daha üstündür. O zaman niyə də bu silahlardan bizim arsenalımızda da olmasın, yaxud dronların birgə istehsalı təşkil edilməsin? Üstəlik, bu, qardaş Türkiyənin milli istehsalı olduğu üçün onlar İsrail dronları ilə müqayisədə qat-qat ucuz başa gələ bilər.

İstisna deyil ki, bu yöndə danışıqlar artıq gedir. Yada salaq ki, ötən ay Bakıda səfərdə olan R.T.Ərdoğanla görüşdən sonra prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Türkiyədən yeni müasir silahlar almağa davam edəcək. Dövlət başçısı eyni zamanda birgə silah istehsalı ilə bağlı həmkarı ilə müzakirə aparıldığını da söyləmişdi.

Təhlilçilərə görə, Azərbaycanın Türkiyədən çoxsaylı “Akıncı” pilotsuz döyüş təyyarələri alması Ermənistanın son illər Rusiyadan aldığı silahların, o cümlədən Su-30SM qırıcılarının effektini minimuma endirə bilər. Bu dronların kütləvi halda tətbiqi düşmənin nəzarətindəki ərazilərin dərinliklərində eyni vaxtda müxtəlif hədəflərə dəqiq zərbələr endirməyə imkan verərdi. Nəticədə Ermənistan Rusiyadan aldığı “Smerç”, TOS-1A “Solntsepyok” kimi silahları heç döyüşə atmadan itirə bilər.

Bir sözlə, o müdhiş gündən Ermənistan və Dağlıq Qarabağ separatçıları üçün də var...
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam