Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi-FOTO

 

 Suriyanın şimal-şərqində, hazırda şiddətli döyüş əməliyyatlarının getdiyi İdlib bölgəsində Rusiyanın TOS-1A “Solntsepyok” ağır odsaçan maşınları görünüb.

Yenixeber.org: Sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən TOS-1A “Solntsepyok” maşınlarını daşıyan qoşqular İdlib istiqamətində hərəkət edir. Həmin texnika Suriyanın qərbindən daşınıb. Bölgəyə azı 3-4 ağır odsaçan maşınlarının göndərildiyi bildirilir.

Bu yerdəyişmə Türkiyənin Suriya ordusu ilə birbaşa hərbi toqquşmadan sonra İdlibə çoxsaylı ağır texnika və canlı qüvvə yeritməsinin ardınca baş verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, türk əsgərlərinə atəş açılması halında Əsəd rejimi qüvvələrini təkcə Suriyanın şimalındakı deeskalasiya zonasında deyil, “hər yerdə” vuracaqlar. 

Azərbaycan da daxil olmaqla cəmi bir neçə ölkənin silahlanmasında yer alan TOS-1A “Solntsepyok” ağır odsaçanları öz dağıdıcı gücünə görə “cəhənnəm silahı” da adlandırılır. Bir yaylım atəşi ilə 40 min kvadratmetr sahədə hər şeyi yandırıb kül edir. Rusiya bu silahları bir neçə il əvvəl Suriya ordusuna verib və Əsəd qüvvələri həmin silahdan İŞİD qüvvələrinə qarşı döyüşlərdə istifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam