Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

TÜRKİYƏ QORXUNC SİLAHI ÜZƏ ÇIXARDI -Əsəd ordusu iflic oldu

 

 Türkiyənin İdlibdə həyata keçirdiyi “Bahar Qalxanı” əməliyyatlarında qrup və ya dəstə şəklində hərəkət edən silahlarla gücəndirilmiş Pilotsuz Uçan Aparatlardan (PUA) istifadə etdiyi ortaya çıxıb. Məlumata görə, türk ordusu fevralın 27-də başlayan əməliyyatlarda Bəşər Əsəd qüvvələrinə qarşı PUA-lardan istifadə edir.

Yenixeber.org: Əməliyyatların ön xəttində yer alan dronlar Türkiyənin yerli istehsalıdır. Türkiyə Silahlı Qüvvələrinin digər hərbi əməliyyatlarından fərqli olaraq bu dəfə, yerli istehsal olan hərbi elektronik texnikalara üstünlük verilir.

Dünyada ilk dəfə olaraq, məhz Türkiyə birgə hərəkət edən PUA-lardan istifadə edir.

Ankara və Hataydakı komanda mərkəzlərindən idarə oluan “Bayraktar TB2” dronları “sürü” şəklində hərəkət edərək, rejim qüvvələrinin ağır texnikalarını və silah anbarlarını məhv edir. 20 PUA eyni anda müəyyən edilmiş hədəfləri atəş altına ala bilir.

Havada 24 saat qalma xüsusiyyətinə malik olan PUA-lar rejimin ön və arxa xəttindəki hücum mövqelərini darmadağın etmək baxımından da təsirlidir. Elektronik qoruma, siqnal kəsmə və radar korlaşdırma sistemləri ilə gücləndirilmiş “Bayraktar” dronları Rusiya və Suriyanın radar sistemləri tərəfindən qeydə alına bilmir.

Türkiyə ərazilərindən qalxan “Bayraktar TB2” PUA-larının İdlibə sürü şəklində gəldiyi, müəyyən edilmiş hava hücumundan müdafiə sistemləri, strateji obyektlər, zirehli texnikalar və çoxfunksiyalı raket sistemlərini vurduğu bildirilib. “MAM L” və “MAM C” adlanan ağıllı sistemlərlə gücləndirilmiş PUA-lar gecə-gündüz əməliyyatlarında yer alaraq, rejim qüvvələrinin hərəkətini iflic edib.

Türkiyə Silahlı Qüvvələrinin arsenalında 104 ədəd olan “Bayraktar TB2” dronları Afrində həyata keçirilən “Zeytun Budağı” əməliyyatlarında da istifadə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam