Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Asim Mollazadəyə dəstək rəzaləti -“JEK” müdiri “seçicilərlə görüşü” çəkənlərə hücum edib (Video)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, beşinci dəfə deputat olmağa namizəd Asim Mollazadənin seçki kampaniyası üçün inzibati resursların cəlb olunduğuna dair sosial şəbəkələrdə video və fotomateriallar yayılıb.

Yenixeber.org: Həmin görüntülərdən aydın olur ki, icra orqanları 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən namizədliyini irəli sürən A.Mollazadənin seçicilərlə görüşünə büdcə təşkilatlarının işçilərini, “JEK” işçilərini, məktəb müəllimlərini və s. cəlb edirlər.

Seçicilərlə görüş adı altında keçirilən tədbirə gətirilənlərin bir qismi ümumiyyətlə hansı namizədin görüşünə gəldiklərini belə bilmirlər. Nəsimi rayon 59 saylı “JEK”-in müdiri Ələsgər Rüstəmov olduğu deyilən şəxs isə bu biabırçılığı çəkənlərə hücum edərək, onlara hədə-qorxu gəlir.

Təəssüf ki, bu mənzərə bir çox digər dairələrdə də müşahidə olunmaqdadır.

22 saylı Nəsimi ikinci Seçki Dairəsindən çəkilmiş həmin kadrları təqdim edirik:

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam