Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Əgər -Lavrov vəzifəsində qaldısa...

 

Rusiyada hökumətin formalaşma prosesinin başa çatmasını çox gözləmək lazım gəlmədi – artıq ötən həftə xəbər verildi ki, proses başa çatıb və hökumət də yeni tərkibdə fəaliyyətə başlayıbdır. Əlbəttə ki, insanlar (yaxınlar və uzaqlar!) dərhal yeni hökumətin tərkibini analiz etməyə girişdilər ki, görsünlər kimlər qalıb, kimlər gedib...

Yenixeber.org: Elə dərhal da bilindi ki, iki köhnə nazir yeni hökimətin də tərkibinə qatılıb və bunlar S.Şoyqu ilə S.Lavrovdur, belə ki, prezident Putin onlara toxunmayıb və postlarında saxlayıb.

Siyasi təhlilçilər və ya politoloqlar bundan dərhal mühüm “nəticə” əldə etdilər ki, bəs, ölkənin müdafiə və xarici siyasəti dəyişməyəcək.

Halbuki ötən ilki analiz və proqnozlarda belə bir perspektiv, ümumiyyətlə, nəzərdə tutulmamışdı, əksinə bir çox politoloqlar və siyasi müşahidəçilər (yerli və xarici!) son struktur, kadr və yaxud konstitusiya dəyişikliklərində hansısa obyektiv və zəruri səbəb və məqamları yox, sırf sybyektiv xarakterli motivləri görürdülər – belə ki, hakim partiya və onun lideri prezident V.Putin daha çox ondan narahatdırlar ki, qarşıdan gələn hakimiyyət dəyişikliyi onlar üçün problem yaratmasın və ona görə də ən müxtəlif siyasi kombinasiyalar qururlar ki, bu dəyişikliklərin mümkün neqativlərini minimuma endirsinlər...

Etiraf edək ki, bizi daha çox belə bir sual maraqlandırırdı ki, Lavrov yeni hökumətin tərkibinə daxil ediləcəkmi? Yada salaq ki, nazir dərhal bildirmişdi ki, ona müvəqqəti olaraq səlahiyyətləri icra etmək tapşırılıb və o, da ilin yekunlarına həsr olunan mətbuat konfransını elə bu statusda həyata keçirdi.

Amma yeni baş nazirin də qismən erməni kökənli olması haqqındakı informasiyalar bizim təlaşlarımıza əlavə impulslar verirdi və səbrsizliklə gözləyirdik ki, görək, növbəti nazir kim olacaq?

Artıq bu sualın cavabı hamıya məlumdur: Lavrov postunda qaldı. Yeni baş nazirin etnik–milli köklərinə gəldikdəsə, bununla bağlı ziddiyyətli və qarışıq fikirlər səslənməkdədir; Mişustinin atasının guya yəhudi olduğu bildirilir, anasıyla bağlısa hələ araşdırmalar davam edir, amma bu mövzu qapansa yaxşıdı, çünki əks təqdirdə bu, şovinizm və ksenofobiya kimi də yozula bilər.

S.Lavrovun vəzifədə qalması isə o deməkdir ki, ölkənin xarici siyasətində, ən əsası da bizi narahat edən Dağlıq Qarabağ problemində hər hansı ciddi dəyişiklik olmayacaq və Sergey müəllim özünün ermənipərəst siyasitini davam etdirəcək. Bəs niyə görə biz onun siyasi kursunu “ermənipərəst” adlandırırıq?

Bu sətirləri yazarkən Rusiya kanallarından birində ukraynalıların S.Banderanı necə qəhrəmanlaşdırması haqda süjet verirdilər. Doğrusu, biz Ukraynanın tarixini elə də yaxşı bilmirik və düşünürük ki, əsas odur ki, bu ölkənin indiki prezidenti yəhudi əsilli adamdır və bu da Ukrayna cəımiyyətində neo-nasist ovqatın baş alıb getməsini iddia edən veriliş və yazıların əsas etibarilə yalandan başqa bir şey olmadığını deməyə əsas verir. Amma hətta bunu da qəbul etmyə hazırıq ki, ola bilsin, Ukraynada da İkinci dünya müharibəsinin tarixini başqa cür yozmaq istəyənlər var.

Bəs onda niyə Rusiya telekanalları İrəvanın mərkəzində Q.Njdeyə ucaldılmış altı metrlik heykəli görmür və göstərmirlər? Niyə Rusiya mənbələri faşistlərə xidmət etmiş erməni tulasının adı ilə İrəvanda metro stansiyası və xüsusi meydan olması, onun təsvirininin hətta ölkənin milli valyutasında əsk olunması haqqında susurlar?

Əlbəttə, ayrı-ayrı rusiyalı jurnalist və tarixçılər bu haqda yazır və danışırlar, amma bütövlkdə ölkə susur, halbuki Rusiya XİN- nin qəbul etdiyi xüsusi sənəddə də buna toxunulur və yada salaq ki, Azərbyacan prezidenti MDB-nin Aşqabad sammitində məsələni qaldırarkən xüsusi olaraq həmin sənədə istinad etmişdi.

Amma ötən payızda İrəvanda rəsmi səfərdə olan nazirlər S.Şoyqu və S.Lavrov necə olmuşdusa o boyda–altı metrlik abidəni “görməmişdilər”.

Amma məsələ bununla da bitmir. Ermənilərin Avropa Birliyilə sənəd imzalaya bilməsini də S.Lavrovun “xidməti” kimi dəyərləndirmək lazım gəlir. Yadımıza gəlir ki, o vaxt Sergey müəllim Ukrayna, Gürcüstan və Moldovanı avropapərəst siyasətinə görə kəskin tənqid etmiş, Brüsseldən daim məsafə saxlamağa çalışan Bakı və Minski tərifləmiş, İrəvan haqda isə susmuşdu...

Bir detal budur ki, Lavrovdan danışarkən dərhal “Lavrov planı” yada düşür, hansı ki, jurnalistlərin uydurmasından və şişirtməsindən savayı bir şey deyil. Hamıya bəllidir ki, Madrid və ya Kazan prinsipləri var və bu prinsipləri biz Ermənistanın əvvəlki hakimiyyətilə müzakirə edirdik...

Əlbəttə, şad olardıq, əgər Rusiya naziri prosesə daha fəal qoşulmaq qərarına gəlsə. Amma hiss olunur ki, onun belə bir istəyi yoxdur. Bütün hallarda, yanvarın sonunadək nazirlərin daha bir görüşü baş tutmalıdır və onda aydın olacaq ki, Rusiyanın siyasətində dəyişiklik var, ya yox?..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam