Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

İsrail hava zərbələrinə görə məsuliyyəti üzərinə götürdü: "MƏHDUD DA OLSA, İRANLA HƏRBİ TOQQUŞMA LABÜDDÜR"

Set Frantzman

“Jerusalem Post”, 25.12.2019

 

Suriya İnsan Haqları Rəsədxanasından verilən məlumata görə, Suriyanın İraqla sərhədi yaxınlığındakı Deyr-əz-Zor bölgəsində İran milislərinə aid obyektlərə raket hücumu nəticəsində 5 nəfər ölüb. Bu, həftə ərzində bölgəyə ikinci hücumdur.

Yenixeber.org: Əbu-Kamal şəhərində bir İran milisi qərargahı və Əbu-Kamalın şimalında yerləşən əl-Cəlalədəki sahə hücuma məruz qalıb. Zərər və ya xəsarətin miqyası barədə hələlik əlavə məlumat verilmir. Partlayışların hava zərbəsi və ya uzaqmənzilli raketlərin həmləsi nəticəsində baş verib-vermədiyi də məlum deyil.

Bundan əvvəl Suriya mediası Əbu-Kamaldakı bir İran milisi qərargahının içərisində partlayışın olduğunu bildirmişdi.

Ötən Bazar günü naməlum təyyarələr Suriyanın şərqindəki Deyr-əz-Zorun şərqində, əl-Məyədin yaxınlığında İran milislərinə məxsus hədəfləri vurub.

Hücumlar baş verən kimi ərazidə güclü partlayış səsləri eşidilib.

“Deyr-əz-Zor 24”-ün xəbərinə görə, hücum çox güman ki, İsrail tərəfindən həyata keçirilib və hədəf, yəqin ki, İran milislərinə məxsus silah anbarı olub.

Suriyanın xəbər mənbələri qeyd edib ki, İsrail təyyarələri son vaxtlar Suriya-İraq sərhədi boyunca Əbu-Kamal yaxınlığında İran mövqelərinə hava zərbələri endirib. Əl-Məyədin Fərat çayı boyunca yerləşən sahədir.

Bazar günü, gecə Suriya İnsan Haqları Rəsədxanasının verdiyi məlumata görə, İsrailin Dəməşq bölgəsinə etdiyi həmlələr nəticəsində 3 nəfər öldürülüb. Ərazidə “Hizbullah” və İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üzvləri qərar tutub.

İranın Ali Rəhbəri Əli Xamnəinin siyasi məsləhətçisi Rusiya mediasına verdiyi açıqlamasında “İsrailin Suriyadakı hücumlarına Suriya və Livan xalqı vasitəsi ilə gec-tez cavab veriləcəyini” bildirib.

İİKK-nin aerokosmik qüvvələrinin komandanı general Əmirəli Hacızadənin Bazar günü, gecə İsrail hücumlarında öldürüldüyü barədə şayiələr yayılıb, lakin sonradan İran mediası Hacızadənin “sağ olduğunu” bildirib.

Həmlələr zamanı bir neçə silah anbarının partlaması ilə maddi ziyan vurulduğu iddia olunur.

Livanın gündəlik “əl-Əxbar” qəzeti raket dalğasının Colan Təpələri və Sidon (Livan) sahillərindən gəldiyini iddia edib.

İranın silah anbarı olduğu iddia edilən ərazidə, Dəməşqin kənarındakı Əkraba bölgəsində pilotsuz uçuş aparatının (PUA) düşürüldüyü bildirilir.

Livandan gələn digər bir xəbərdə İsrailin Livanın Sidon şəhəri səmasından Suriyaya hücum etdiyi təsdiqlənib.

Ərəb mənbələrinə görə, ümumilikdə 10 nəfərin xəsarət alıb.

Ötən noyabr ayında Dəməşqin qərbində və Suriya Colanında Bəşər Əsəd rejiminə və “Qüds” Qüvvələrinə aid bir neçə obyektə zərbələr endirilib. Bu həmlələr İsrailə doğru atılan raketlərə cavab olaraq endirilib və hücum zamanı 23 nəfər öldürülüb.

Bütün hədəflər İsrail sərhədindən 80 km uzaqlıqda yerləşir.

Son bir neçə ay ərzində çoxsaylı hava zərbələrində Suriyanın şərqindəki İran qüvvələri və milisləri hədəfə alınıb. Təkcə dekabr ayında bu obyektlər ən azı iki dəfə hədəfə çevrilib.

İraq və Suriyanın strateji sərhəd keçidi bölgəsində, Əbu-Kamal şəhərində İranın nəzarətində olan “İmam Əli” hərbi bazası yerləşir.

İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Aviv Koçavi noyabrın 25-də xəbərdarlıq edib ki, İranın möhkəmlənməsinə qarşı hərəkətlərini davam etdirdiyindən İsrail, İslam Respublikası ilə məhdud hərbi qarşıdurmaya hazırlaşır.

Koçavinin sözlərinə görə, bu əməliyyatlar qarşıdurma doğursa da, düşmənin dəqiq raketlər almasına mane olmaq üçün həm açıq, həm də gizli həyata keçirilir.

“Biz İranın Suriyada və ya İraqda möhkəmlənməsinə icazə verməyəcəyik”, – Kochavi deyib və İsrail Hərbi Hava Qüvvələrinin İraqdakı İran hədəflərinə hücum etdiyini ilk dəfə açıq şəkildə etiraf edib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam