Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

SURİYADA İLK ORTAQ MOSKVA-TEHRAN-ŞAM HƏRBİ TƏLİMLƏRİ:İsrail kəşfiyyatının işini çətinləşdirən məqamlar...

Debka file (İsrail), 03.10.2019

 

Rusiya, İran və rəsmi Dəməşqin hökumət qüvvələri Suriyanın Deyr əz-Zur bölgəsində ilk ortaq təlimlərə başlayıb. Bu, Yaxın Şərqdə onların birinci şərikli “hərbi oyun”udur.

Yenixeber.org: Fərat çayının qərb sahilində baş tutan manevrlərdə ilk üçtərəfli raket atışları və möhkəmləndirilmiş hədəflərə hava zərbələri endirmə həyata keçirilib.

Həmçinin, Rusiya hərbi mənbələri ilk dəfə olaraq, İran hərbi hava qüvvələrinə (HHQ) məxsus təyyarələrin və PUA-ların, eləcə də xüsusi təyinatlıların Suriyaya “müharibə oyunu” üçün gəldiyini açıq şəkildə bildiriblər.

Moskva, eyni zamanda, İran qüvvələrini Rusiya hava hücumundan müdafiə çətiri ilə təmin edərək, hava hücumundan müdafiə sistemləri olan “Pansir S-1” və “Pantsir S-2” raket sistemləri ilə bu işə töhfəsini verib.

Ortaq təlimlə bağlı Rusiya və Suriya bəyanatında təlimlərin başlanğıc tarixi göstərilməyib. Yalnız “hərbi oyun”un Suriya-İordaniya-İraq sərhəd qovşağını əhatə edən əl-Tanfdakı Amerika bazasının yaxınlığı, Deyr əz-Zur əyalətinin qərb hissəsində keçirildiyi qeyd olunub.

“DEBKAfile”-ın hərbi mənbələri bildiriblər ki, təlim Rusiyanın Suriyadakı yeni strategiyasının önəmli cizgilərini açıqlayır.

Moskva 8 il davam edən müharibədə yalnız 3 gün əvvəl açılan əl-Qaim-Əbu Kamal sərhəd keçidindən istifadəsinə başlayıb. Qara dəniz bazalarından, xüsusən də Cənubi Osetiya və Krımdan gətirilən ağır rus hərbi texnikası yeni açılan keçid vasitəsi ilə Suriyaya çatdırılmağa başlayıb.

Bununla da, Moskvanın Suriyadakı hava və dəniz dəhlizlərinə əlavə olaraq, Rusiyadan Yaxın Şərqə quru körpü döşəməyə başladığı bəlli olur.

Buna görə də, Moskva, Aralıq dənizinin şərqinə çıxmaq üçün İraq və Suriya ərazisindən keçməklə, Tehranla ortaq şəkildə eyni quru körpüdən istifadə edir.

Rusiyanın bu marşrutda İranla ortaq olması İsrailin eyni sərhəd keçidi və marşrutundan istifadə edən ruslara görə quru dəhlizinə hücum etməni çətinləşdirəcək.Tərcümə: Strateq.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam