Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

NÖVBƏDKƏNAR SEÇKİLƏRDƏ MADƏR MUSAYEV ŞOKU! - Onu yenidən mandat almağa həvəsləndirən kimdir?

 

Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən köhnə-yeni namizədlərdən birinin adı cəmiyyətdə sözün həqiqi mənasında şok yaradacağına şübhə etmirik. Söhbət 72 yaşlı, 30 ildir mandat daşıyan Madər Musayevdən gedir!

Yenixeber.org: Bəli, bu adam özünü Yeni Azərbaycan Partiyasının deputat korpusu ilə birgə buraxıb, islahatlara dəstək verəndən sonra yenidən deputat mandatı almaq istəyir. M.Musayev 30 ildə bir cümləsi ilə yadda qalmasa da, zəngin deputatlıq tarixçəsinə malikdir.

1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçildikdən sonra 1995, 2000, 2005, 2010, 2015-ci illərdə də Milli Məclisdəki kürsüsünü qoruyub. Avropa Məhkəməsi düz iki dəfə onun rəqiblərinin hüquqularının kobud şəkildə pozulduğunu tanısa da, Madər müəllim zərrə qədər mövqeyindən geri çəkilməyib.

Yaxşı var-dövlət sahibi, çoxsaylı gəlirli obyektləri olan deputatın mandat sevgisi nə ilə bağlıdır, deyə bilmərik! Heç ötən illərdə siyasi hakimiyyətdə dəfələrlə dəyişən paradiqmalarda ona necə yer tapıldığını da bilmirik. Ancaq onun depuat kimi üzərinə düşən vəzifələri belə tam şəkildə bildiyinə şübhə edirik...

Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclis ölkədə aparılan islahatlara adekvat olmaması səbəbindən buraxılıb, yenidən qurulur.

Elan olunduğu kimi, hakimiyyətdə yeni təfəkkürlü, savadlı gənclərə yer verilir, onlar yüksək dövlət postlarına irəli çəkilir, idarəetmə təkmilləşir. Parlamentin təkibinin də bu formada dəyişilməsi istənilir.

 

 

Milli Məclisin bir hissəsinin əmək qabiliyyətini böyük ölçüdə itirmiş yaşlılardan, çıxışlari ilə xalqın nifrətini qazanmış, heç nə ilə yadda qalmayan, seçicilərin bir problemini belə dilinə gətirməyən mandat daşıyıcılarından, hakimiyyətdən vurulub atılmış keçmiş oliqarxların adamlarından ibarət olduğunu nəzərə alsaq, onun tərkibinin tamamilə dəyişilməsinə ehtiyac olduğuna şübhə yeri qalmır. Zatən deputat mandatı daşıyanlar da özlərini buraxmaqla bunu təsdiqlədilər. Ancaq...

...Ancaq Madər Musayev və onun kimi çoxillik deputatların yenidən mandat sahibinə çevrilmək iddiasına düşməsi çaşqınlıq yaradır. Bunların belə “cəsarət” göstərməsini parlamenti yeniləmək istəyən siyasi hakimiyyətdən dəstək almaları ilə bağlamaq mümkün deyil. Hakimiyyətin reallaşdırdığı kurs, aparılan islahatlar siyasi elitani yeni təfəkkürlü insanlarla zənginləşdirməyi hədəfləyib. 72 yaşlı Madər Musayevin bu tələblərə uyğun olduğunu yəqin ki, heç özü də düşünmür...

Elə isə maraqlıdır, Madər Musayev və digər bu qəbildən olan insanları yenidən deputat olmağa həvəsləndirən nədir? Onlar kimə, nəyə arxayın olub yenidən mandat sahibi olmaq eşqinə düşüblər?

Məsələ ondadır ki, ictimai reputasiyası aşağı olan insanların yenidən parlamentin tərkibinə düşməsi hakimiyyətin islahatlar, siyasi elitanı yenilmək kursuna ziddir. Belə şəxslərə mandat verilməsi cəmiyyətdə islahatlara olan inamı zədələyə bilər.

 

 

Elə özünü buraxmış deputatların kütləvi şəkildə yenidən mandat almaq iddiasına düşməsində də əsas məqsədin bu olduğu istisna deyil. Yəni, mümkündür ki, biriləri böyük islahatlar paketi ilə çıxış edən və bu istiqamətdə ciddi addımlar atan siyasi hakimiyyətin fəaliyyətinə kölgə salmaq istəyir. M.Musayev kimiləri yenidən mandat iddiası ilə çıxış etməyə həvəsləndirənin də onlar olduğunu ehtimal edə bilərik.

Əks halda onların özündə cəsarət tapıb deputatlıq iddiasını dillərinə belə gətirə biləcəyi şübhə doğurur.

Bəs kim(lər)dir onlara cəsarət verən? Əlbəttə, konkret ad(lar) çəkmək çətindir. Ancaq heç şübhəsiz ki, onlar siyasi hakimiyyət mövqeyini itirmiş, islahartların dərinləşməsindən narahat olan qüvvələrdir. Hansı ki, islahatlar kursunun genişlənməsini, yeni dövrə transformasiyanı ləngitmək istəyirlər.

Görünür, hələ də ölkədə həyata keçirilən islahatların davamlı olacağına inanmayanlar, “bəlkə də (mandatı) qaytardılar” ümidi ilə yaşayanlar var...(azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam