Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

İSRAİLİN BAĞRINI ÇATLADAN LAYİHƏ: Rusiya Suriyadakı hərbi bazasından Fars körfəzinədək uzanacaq dəmir yolu çəkir

“Times of İsrael”, 17.12.2019

 

Yenixeber.org: Yüksək mənsəbli məmurun sözlərinə görə, Rusiya Suriyada iri ticari layihələrin həyata keçirilməsini nəzərdən keçirir. Onlardan bəziləri İranın bu ölkədəki təsirini artıra bilər.

Baş nazirin müavini Yuri Borisov Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşdən sonra Rusiyanın Suriyanın Tartus ticarət limanını modernləşdirmək üçün 500 milyon dollar xərcləyəcəyini söyləyib.

Borisov Rusiya xəbər agentliklərinə açıqlamalarında 4 illik modernləşdirmə proqramının Tartusdakı köhnə limanın əsaslı təmirini və yenilənməsinin nəzərdə tutduğunu bildirib.

O əlavə edib ki, Suriyanın Aralıq dənizi sahillərini Fars körfəzi ilə birləşdirəcək, Suriya və İraq ərazisindən keçən dəmir yolu inşası planı da var.

İsrail Suriyada əhəmiyyətli bir iştiraka sahib olan Livandakı vəkili “Hizbullah” terror qruplaşmasına İranın qabaqcıl silah göndərmə ehtimalından çox narahatdır. Yəhudi dövləti son illərdə Suriyada çox sayda hava hücumu həyata keçirib, onların çoxunun “Hizbullah” üçün İranın silah daşınmasına yönəldildiyi güman edilib. İsrail Müdafiə Qüvvələri İrandan Tartusa silah daşıyan bir neçə gəmini də ələ keçirib.

İsrail “Hizbullah”ı birbaşa təhdid hesab edir və qrupun İsrailin demək olar ki, hər yerinə vura biləcək 130 min raketdən ibarət arsenal topladığını söyləyir. Bu yaxınlarda o, qrupu idarə olunan raketləri idxal və ya inkişaf etdirməyə çalışmaqda günahlandırıb.

Həm Fars körfəzinə uzanacaq dəmir yolu, həm də Tartus limanının əsaslı şəkildə təmiri İranın gələcək qarşıdurmalarda İsrailin şimal sərhədindəki terror qruplaşmalarının istifadə edə biləcəyi qabaqcıl silahlarla təchizatı asanlaşdırmaq potensialına malikdir.

Rusiyanın keçmiş Sovet İttifaqı xaricində yeganə belə bir obyekti olan Tartusda sovet dövrünə aid hərbi dəniz bazası var.

2017-ci ildə Moskva Əsəd hökuməti ilə Tartusdakı icarəni 49 il müddətinə uzatmaq üçün müqavilə bağlayıb. Saziş Rusiyaya nüvə mühərrikli daxil olmaqla, 11 hərbi gəmini orada saxlamaq imkanı verir.

Rusiya Suriyada Əsədin hakimiyyətə gəlməsini təmin edən və hökumətinə dağıdıcı vətəndaş müharibəsindən sonra ölkənin əksər hissəsi üzərində nəzarəti geri almağa imkan verən hərbi kampaniya keçirib.

Çərşənbə axşamı Dəməşqdə Əsədlə görüşü zamanı danışan Borisov Rusiyanın Humsda bir gübrə fabrikinin ərpasına kömək etdiyini və gücünün artırılması üçün 200 milyon dollar sərmayə qoymağı planlaşdırdığını qeyd edib.

O, həmçinin Əsədin Rusiyanın Suriyaya humanitar yardım çərçivəsində 100.000 metrik ton taxıl tədarük edəcəyini söyləyib. Borisov bildirib ki, daşınmalar bu ay başlayacaq.

Çərşənbə axşamı rəsmi dövlət portalında yayımlanan Rusiya Nazirlər Kabinetinin bir sənədində Rusiya hökumətinin bu il Suriyaya 17 milyon dollara yaxın yardım edildiyi bildirilib. Sənəddə Suriyanın bələdiyyələrinə və səhiyyə müəssisələrinə kömək üçün Birləşmiş Millətlər Təşkilatının müxtəlif proqramları çərçivəsində ayırmaların olduğu deyilir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam