Redaktor seçimi
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
Günün xəbəri

Rusiya Ukraynaya qarşı genişmiqyaslı zərbələrə hazırlaşır...

ISW: Rusiya Ukraynaya qarşı genişmiqyaslı zərbələrə hazırlaşır
Rusiya raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırır ki, payızda Ukraynaya qarşı daha genişmiqyaslı hücumlar həyata keçirə bilsin.

Yenixeber.org: Bu proqnozu ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri veriblər.

Analitiklər qeyd ediblər ki, son zamanlar ruslar hücumlar üçün daha çox raketlərdən istifadə edirlər və müxtəlif mənbələr Rusiyanın müdafiə sənayesinin raket və pilotsuz uçuş aparatlarının istehsal gücünü artırdığını göstərir.

ISW hesab edir ki, əgər Rusiyanın PUA-dan istifadə modeli dəyişməzsə, 2025-ci ilin noyabrına qədər Rusiya bir gecədə Ukraynaya 2000-ə qədər dron buraxa bilər.

Bu səbəbdən İnstitut Qərbin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsi üçün təcili yardıma ehtiyac olduğunu vurğulayıb. Analitiklər xüsusilə ABŞ-ın Patriot sistemlərinin tədarükünün vacibliyini qeyd ediblər, çünki bu sistemlər Rusiya ballistik raketlərinə qarşı effektiv mübarizə apara bilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam