Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

Deputat Şahin İsmayılovun “dadlı biznesi” -FOTO

Deputatın “dadlı biznesi” – Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir
Deputatın "dadlı biznesi” – Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir
Yenixeber.org: Milli Məclisin deputatı, parlamentin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Bakıda yeni biznes fəaliyyətinə başlayıb. Editor.az-ın əldə etdiyi məlumata görə, deputat paytaxtın mərkəzində "Friends Central Perk Baku” adı ilə kafelər şəbəkəsi qurub.
Mənbənin iddiasına görə, kafe şəbəkəsi sənədlərdə deputatın yaxın adamlarından birinin adına rəsmiləşdirilsə də, faktiki sahibi elə Şahin İsmayılovun özüdür.
Hazırda "Friends Baku” brendi ilə şəhərin müxtəlif mərkəzi nöqtələrində – 4 ünvanda fəaliyyət göstərən bu obyektlər əsasən kofe evi (kofeşop) formatında işləyir və daha çox bahalı seqmentə xitab edir. Bildirilir ki, bu kafelərdən biri paytaxtın tam mərkəzində, M.Rəsulzadə küçəsində, "Tarqovu”da yerləşir.
Qeyd olunur ki, deputat özü də bu məkanlarda tez-tez həmkarları ilə birgə istirahət edir.
Editor.az məsələ ilə bağlı Şahin İsmayılovun mövqeyini öyrənmək üçün ona sorğu göndərib. Lakin deputat gün ərzində müraciətə cavab verməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam