Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Qarabağ konflikti üçün yeni həll resepti... mümkünmü?

Təzə resept axtarmağa dəyməz; resept – beynəlxalq normalar, BMT qətnamələri! Ermənistan özünü işğalçı kimi hiss edib təlaş keçirməyincə...; erməni politoloq: “Azərbaycanın mövqeyi getdikcə güclənəcək”

Yenixeber.org: Hər il sonu ənənəvi olaraq görülən işlərə yekun vurulur, təzə təqvim ili üçün planlar cızılır. Təəssüf ki, Dağlıq Qarabağ konfliktinin dinc həlli məsuliyyətini öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun bu yöndə 2019-cu il ərzində hansısa yadda qalan, pozitiv fəaliyyətini qeyd eləmək mümkün deyil. Həmsədrlər bu il iki dəfə bölgədə oldular. Lakin işlərini münaqişə tərəfləri ilə görüşdükdən sonra növbətçi bəyanatlar verməklə bitmiş hesab etdilər.

Rusiya, ABŞ və Fransadan olan vasitəçilər (“xristian üçlüyü”) bu il də faktiki şəkildə işğalçı Ermənistanla işğala məruz qalan tərəfə - Azərbaycana eyni gözlə baxmaq taktikasına sadiq qaldılar. Təcavüzkarı öz adı ilə çağırmaq əvəzinə, yenə yanlış olaraq, Azərbaycandan da güzəşt umdular. Nəticədə işğalçı tərəf cəzasızlığını görüb bir az da şirnikləndi və daha absurd tələblər irəli sürdü. Beləcə, ədalətli sülhün əldə olunması daha bir il uzandı. Ekspertlərdən birinin vurğuladığı kimi, bu minvalla danışıqlar 40-50 il də uzana bilər.

*****  

Məsələ də ondadır ki, Dağlıq Qarabağ probleminə davam edən yanlış yanaşma dəyişməyincə, problem beynəlxalq hüquq müstəvisinə gətirilməyincə, işğalçı və işğala məruz qalan tərəf öz adı ilə çağırılmayınca, onun çözümü mümkün olmayacaq. Çünki deyildiyi kimi, Ermənistan qonşu ölkənin ərazisini işğal eləməklə özünü haqlı saymaqda davam edəcək, yəni özünü işğalçı saymayacaq, beynəlxalq hüquq normalarını, BMT-nin 27 ildir yerinə yetirilməmiş qalan Qarabağ qətnamələrinə, digər mötəbər təşkilatların qərar və qətnamələrinə tüpürməkdə davam edəcək.

karabakh minval.az ile ilgili görsel sonucu

Təəssüf ki, bu sadə gerçəyi Ermənistanı işğalçı adlandırmaqdan çəkinən Rusiya, ABŞ və Fransa diplomatları qəbul eləmək istəmirlər. Odur ki, zaman-zaman Azərbaycanın başının altına “yastıq” qoymağa çalışırlar. Məsələn, Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç ölkəsinin mövqeyinə haqq qazandıraraq deyir ki, “Dağlıq Qarabağ kimi köhnə münaqişənin həlli üçün yeni reseptlərin tapılması çox çətindir”.

Sitat: “Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in cavabdehliyində olan məsələdir. Bratislavada keçirilən görüşdə Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Təəssüflər olsun ki, həmsədr ölkələr və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin adından birgə bəyanat qəbul olunmadı. Təkcə həmsədrlər səviyyəsində bəyanat qəbul olundu. 2019-cu il münaqişənin nizamlanlanması istiqamətində həlledici olmayıb. Ancaq bununla belə, problemin həllində irəliləyişə nail olmağa imkanlar açır. Mən optimistəm. Burada nəticə görünməsə də, əsas məsələ dinamikadır. Biz Minsk Qrupu olaraq Qarabağ probleminin həllinə, sadəcə, köməklik edə bilərik. Əsas qərarı isə münaqişə tərəfləri - Ermənistan və Azərbaycan verməlidir”.

*****

Yəni növbəti dəfə şablon, başdansovdu yanaşma. Əvvəla, Dağlıq Qarabağla bağlı qərarı Ermənistan necə versin ki, Rusiyadan tam asılı durumdadır? Yaxud “Dağlıq Qarabağ kimi köhnə münaqişənin həlli üçün yeni reseptlərin tapılması çox çətindir” sözləri nə demək? Bu resepti axtarmağa dəyməz ki. Həll resepti çoxdan bəlli. Bu – beynəlxalq normalar, BMT qətnamələri, işğalçı ilə işğalçı kimi davranmaqdır! Ermənistanı əraziləri qeyd-şərtsiz qaytarmağın vacibliyinə inandırmaq, nəhayət, buna məcbur eləməkdir! Əks halda, sülh danışıqları doğrudan da, vaxt itkisindən savayı bir şey olmayacaq... 

“Azərbaycanın əlində Ermənistana qarşı tutarlı əsas var və Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ondan başlamaq lazımdır: birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsi məsələsini qaldırmaq lazımdır”. Bu sözləri Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib.

İlgili resim

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağla bağlı “mübahisəli ərazi” terminindən istifadə olunursa, o zaman Ermənistan tərəfinin ətrafdakı 7 rayonu nəzarətdə saxlaması işğaldır və bu faktı əsas kimi istifadə etmək lazımdır: “Düzgün yanaşmanı tapmaq vacibdir. Ermənistanın özünün də qəbul etdiyi faktlar irəli sürülməlidir. Söhbət Ermənistanın işğal etdiyi və heç vaxt Dağlıq Qarabağın “mübahisəli ərazilərinə” daxil olmamış Azərbaycanın 7 rayonundan gedir”.

Perenciyev vurğulayıb ki, bu problem ətrafında müzakirələr aparılarkən o, dərhal Ermənistanın Azərbaycanın bu 7 rayonunun işğal faktı barədə danışır və onun həmsöhbətləri düşünürlər ki, əgər Ermənistan bu torpaqları işğal edibsə, onda çox güman ki, Dağlıq Qarabağ da təcavüzə məruz qalıb: ”Bu 7 rayonun Azərbaycana məxsus olması haqda Ermənistan tərəfinin imzaladığı həqiqi sənədlər var və onlar şəkk-şübhəsiz, bu torpaqları azad etməlidir. Bundan başlamaq lazımdır. Bütün dünyaya ermənilərin işğalçı siyasətini ifşa etmək və sonra Qarabağın azad edilməsini tələb etmək lazımdır”.

Perenciyev əmindir ki, əgər bu istiqamətdə fəaliyyət göstərilsə, 2020-ci ilin ikinci yarısında Dağlıq Qarabağın da işğaldan azad olunmasını gözləmək olar”.

*****

Yenə o məqam qayıdırıq ki, bundan ötrü ilk növbədə həmsədr dövlətlər Dağlıq Qarabağ konfliktinə ənənəvi yanaşmanı dəyişməli, Ermənistana loyal münasibətə son qoymalıdırlar. İşğalçı özünü işğalçı kimi hiss edib hər gün, hər an təlaş keçirməyincə xoşluqla sülhə gəlməyəcək. Demək, müharibə yolu qaçılmaz olacaq. Ona görə ki, Azərbaycan öz əzəli və qanuni torpaqlarından heç vaxt vaz keçməyəcək.  

Bu arada işğalçı ölkədə - sosial şəbəkələrdə hakimiyyət tərəfdarlarının və müxalifətin Qarabağda “torpaqları təslim etməyə” hazırlaşdıqları barədə qarşılıqlı ittihamları güclənib. Bəziləri buna görə baş nazir Nikol Paşinyanı, digərləri isə keçmiş prezident Serj Sarkisyanı günahlandırırlar (virrtualaz.org).

Politoloq Ervand Bozoyan bununla bağlı “Sputnik Ermənistan”a deyib: “Qarabağ məsələsində heç bir əhəmiyyətli şey baş vermədi. Müxalifət hakimiyyəti "torpağı verməkdə" ittiham edirdi və əksinə, hakimiyyət dəyişikliyindən sonra əvvəlkilər  bunda yeni rəhbərliyi günahlandırırlar. Bu, Qarabağın hesabına xal qazanmağa çalışdıqları köhnə erməni uşaq oyununu xatırladır”.

Onun fikrincə, Ermənistanda insanların çoxu bu oyunun inersiya ilə davam etdiyini və reallıqla heç bir əlaqəsinin olmadığını anlayır. “Hər kəs, o cümlədən vasitəçilər başa düşürlər ki, bu mərhələdə ortaq məxrəc tapmaq, demək olar ki, mümkün deyil”, - deyə E.Bozoyan vurğulayıb: “Nə qalır? Danışıq üçün danışıq aparmaq? İstənilən müharibə mövcud “soyuq” sülhdən daha pisdir. İkincisi, tərəflərin gələcəkdə bu və ya digər qərara nə dərəcədə hazır olduqlarını tədqiq etmək. Həmsədrləri maraqlandıran məhz budur”.

“Sputnik Ermənistan”ın yazdığı kimi, Ermənistanın yeni hakimiyyəti sıfırdan başlayacaqlarını, cəmiyyətin gözündə xal qazanmağa çalışdıqlarını söyləyirsə, bu, müəyyən bir təhlükə yaradır. “Aydındır ki, bu, torpağın verilməsi ilə əlaqəli deyil. Tərəflər güzəştə getməyəcəklər, ancaq onlar beynəlxalq aləmdə mövqe üstünlüyü əldə etməyə çalışırlar”, - deyə o qeyd edib.

“Ermənistanın yeni hakimiyyətinin həyata keçirməyən və uzağı görməyən bəyanatları (Xankəndinin danışıqlar masasına qayıtması, “Artsax” - Ermənistandır”) daxildə müsbət qarşılandı, ancaq xarici aləmdə dağıdıcı təsir bağışladı. Daha sonra Paşinyan bildirdi ki, həll yolu Ermənistan, Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. Bu cür uyğunsuzluq təkcə baş nazirin özünə deyil, bütövlükdə Ermənistana olan münasibətə təsir göstərir” – erməni ekspert deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Qarabağın Azərbaycan icmasını yenidən hərəkətə gətirməyə çalışır: “Ermənistan hakimiyyəti, əlbəttə ki, bunu istəmir. Ancaq peşəkar olmayan hərəkətlər və bəyanatlar buna aparır. Gələcəkdə yeni belə, bir-birinə zidd bəyanatların ortaya çıxması Azərbaycanın mövqeyini gücləndirəcək. Və ya Bakı tərəfindən blitskriq cəhdi halında (2016-cı ilin aprelindəki lokal hərbi əməliyyat kimi – “YM”) ona mümkün xarici təzyiqi azalda bilər”.

Erməni təhlilçi hesab edir ki, mövcud hakimiyyəti torpaqların təslim edilməsində günahlandıranların hamısı “sıravi populistlər”dir. Ümumiyyətlə isə Ermənistan hakimiyyətinin və müxalifətinin bu mövzuda siyasi möhtəkirlikləri bütün Ermənistana ziyan vurur...

(Yeni Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam