Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Ruslar Azərbaycanı özlərinə dost ölkə seçdi – yeni gəlişmə, təzə şərtlər

Rusiyadakı “Levada Center” qeyri-hökumət təşkilatı ölkə vətəndaşlarının dost və ya düşmən saydığı dövlətlərin siyahısını açıqlayıb. Sorğunun nəticələrinə görə, əhalinin 62%-i Belarusu, 42%-i Çini, 38%-i Qazaxıstanı, 22%-i Ermənistanı, 16%-i isə Azərbaycanı Rusiyanın dostu kimi görür. Düşmən ölkələr siyahısında isə 67%-lə ABŞ liderlik edir. Daha sonra sırada Ukrayna, İngiltərə, Litva, Latviya gəlir. 

Yenixeber.org:  Göründüyü kimi, Azərbaycan Rusiyaya dost ölkələrin səfində, birinci beşlikdə yer alıb. Özü də işğalçı Ermənistanla yanaşı. İlk baxışda absurd görünə bilər. Çünki Azərbaycanla Ermənistan 30 ildir ikincinin haqsız torpaq iddiası səbəbindən, lap dəqiqi, Rusiyanın özünün körüklədiyi Qarabağ konflikti üzündən münaqişə-müharibə vəziyyətindədir. Odur ki, sual yaranır: nədən Kreml bu “iki dost” ölkənin arasını düzəltmir, işğala son qoymur, üstəlik, əlində unikal imkanlar ola-ola?

İki variant ola bilər: ya Moskva bunu istəmir, ya da bacarmır. Rusiyanın Ermənistana təsir rıçaqlarını nəzərə alsaq, ikinci variant istisnadır. Qalır, birinci ehtimal: Kreml “iki dost”unun barışığını arzulamır. Demək, Rusiya dost saydığı Azərbaycana və Ermənistana münasibətdə eyni dərəcədə səmimi deyil. Daha dəqiqi, onlardan yalnız birinin həqiqi dostudur. Aydın məsələdir kimin.

Gerçəkdən də, işğalçı ilə işğala məruz qalan ölkələr eyni vaxtda hansısa ölkənin dostu ola bilməz. Bu qayda ABŞ və İran üçün də keçərlidir: Azərbaycanla Ermənistanın eyni dərəcədə Tehranın dostları olması qeyri-mümkündür. Düşmənimizin dostu necə bizim dostumuz ola bilər ki?

Təsadüfi deyil ki, işğalçı ölkədə keçirilən rəy sorğularında Rusiyanın daim Ermənistanın 1 nömrəli dostu olduğu üzə çıxır, İran sırada 2-ci gəlir. Azərbaycandakı sorğularda isə Rusiya, İran dost ölkələrin birinci üçlüyündə belə, yer ala bilmir (1-ci yerdə həmişə Türkiyə, sonrakı yerlərdə isə bir qayda olaraq, Gürcüstan və Pakistan gəlir).       

Sözü ona gətiririk ki, Rusiya əhalisinin Azərbaycanı dost hesab eləməsi hələ o anlama gəlmir ki, biz də Rusiyanı özümüzə dost sayırıq. Kimisə özünə dost saymaq hələ yetərli deyil, gərəkdir ki, özün də gərək dost olmağa layiq olasan, özünü dost kimi aparasan, dost canlı olasan. “Dost dosta tən gərək”. Yaxud başqa bir Azərbaycan məsələsində deyildiyi kimi, “Örtülü bazar dostluğu pozar”. Qarabağ məsələsində ikiüzlü mövqeyi, “ikili standartlar”ı deyirik.

Doğru, son illər Rusiyada erməni lobbisinin, ermənipərəst KİV-in güclənən anti-Azərbaycan təbliğatına rəğmən, bu ölkə toplumunda Azərbaycana rəğbətin, inam-etibarın artması müşahidə edilir. Yaxşı tendensiyadır. Ancaq bu inam-rəğbətin dəyər qazanması və qarşılıqlı olması üçün onun maddiləşməsi lazımdı. Bu da Qarabağ ixtilafının həllinə Moskvanın, nəhayət, real töhfə verməsindən keçir. Əks halda, deyildiyi kimi, Rusiya Azərbaycanın dostları sırasında heç birinci 5-liyə də düşə bilməyəcək. Necə ki, düşmür.  

Bu xüsusda Rusiya əhalisinin mövqeyi əslində ölkə rəhbərliyinə siqnal olmalıdır ki, rəsmi Moskva üzünü Azərbaycana çevirsin, Rusiyanı Azərbaycan xalqının həqiqi dostuna çevirsin. Yolu deyildi: Qarabağ konfliktinin həlli! Çünki bu münaqişənin şəriksiz “memarı” Kremldir. Top çoxdan Rusiyanın meydanında.  

Əfsus ki, Rusiyada hakimiyyətlər, siyasi rejimlər dəyişsə də, Kremlin Qarabağ siyasəti dəyişməz qalır. Mixail Qorbaçov, Boris Yeltsin münaqişəyə yanaşmada hansı baxışı tərcih edirdilərsə, cənab Putin də təxminən eyni prinsipi əsas götürür, Azərbaycanın haqq eləmədiyi bir yolun yolçusudur. Prinsip isə belədir: öncə Rusiyanın imperiya maraqları, sonra yer qalsa, Qarabağ məsələsinin həlli. O da hələ bilinmir ki, ədalətli, yoxsa ədalətsiz həll.

Ədalətli həll üçün ədalətli arbitr olmaq gərəkdir. Ədalətli arbitrlik üçünsə ən azından, tərəflərdən eyni məsafədə dayanmaq əsas şərt sayılır, əgər təcavüzkarı adı ilə çağırmağa iradən çatmırsa. Rusiya bunu bacararmı?

Ermənilərə gəlincə, onların yalançı vay-şivəninə və isterikasına baxmayın. İşğalçı ölkədə hakimiyyətlər dəyişsə də, Paşinyan dövründə keçirilən rəy sorğuları da təsdiqləyir ki, Rusiya Ermənistanın 1 nömrəli dost-müttəfiqi (oxu: havadarı) olaraq qalır. Bu da məntiqlidir. Ermənilər fərqindədirlər ki, Rusiyasız Qarabağı bir gün belə işğalda saxlaya bilməzlər.

O da bəlli ki, Ermənistan Rusiyanın marioneti, vassalıdir. Marionetdən, vassaldan, nökərdən isə dost çıxmır. Təəssüf ki, bununla bizim yaramız sağalmır, işimiz yüngülləşmir. Çünki Rusiya naib-nökərini dostundan da çox istəyir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam