Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək? -GƏLİŞMƏ

Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?


ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın Dağlıq Qaranbağ müqanişəsinin həlli ilə bağlı aktivliyi artıb.

Yenixeber.org:  Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova məsələ ilə bağlı yeni açıqlama ilə çıxış edib. Zaxarova brifinqdə bildirib ki, Azərbaycanla Ermənistan arasında uzun illərdir davam edən ağır və təəssüf ki, həll edilməyən vəziyyətlə bağlı hər şey ona doğru getməlidir ki, bu mürəkkəb və artıq köhnə problem həll edilsin.

Zaxarovanın Rusiyanın ATƏT-in Minsk Qrupu çərçivəsində bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəliklərini məsuliyyətlə yerinə yetirməsini deməsi isə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Rusiya 1994-cü ildən Minsk Qrupunun həmsədridir. 25 il ərzində bu dövlət tərəfindən nəinki münaqişənin həlli istiqamətində hansısa ciddi addım atılmayıb, həm də daha çox Ermənistanın hərbi-siyasi müttəfiqi kimi tanınıb. Rəsmi Moskvanın vasitəçiliyi ilə dəfələrlə keçirilən görüşlər isə hansısa nəticəni verməyib. Son 24 ildə Rusiyanın atdığı yeganə addım 2013-cü ildə ölkənin Baş naziri Dmitri Medvedyevin vasitəçiliyi ilə “Kazan formulu”-nun qəbulu ilə bağlı olub. Amma əksər maddələri Azərbaycanın dövlət maraqlarına cavab verməyən bu sənəd də elə kağız üzərində qalıb.

2016-cı ilin aprel döyüşləri zamanı Rusiyanın tutduğu mövqe isə bu məsələnin həllində nə qədər “obyektiv” olduğunu bir daha üzə çıxarıb. Minsk Qrupunun həmsədri olan bu dövlət vəziyyətə müdaxilə edərək, tərəfləri atəşkəsə sövq etməklə, faktiki olaraq Ermənistanın tərəfini tutub. Məhz Mariya Zaxarova tərəfindən isə Ermənistanın işğalçı mövqeyini müdafiə edən çıxışlar dəfələrlə səslənib.

Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, son 20 ildə istər Rusiya, istər ABŞ, istərsə də Fransa deklorativ bəyanatları ilə yadda qalıb:

“Konkret olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, o cümlədən də BMT-nin qətnamələrinin icrası ilə bağlı heç bir məsələ həll etməyiblər. Sadəcə olaraq, bu müddət ərzində, xüsusilə də 2016-cı ilin aprel hadisələrindən sonra kimin qəsbkar, kimin təxribatçı olması ilə bağlı bəyanatlarla yadda qalıblar. Zaxarovanın da bu cür bəyanat verməsi birinci dəfə deyil. Bütün dünyaya məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya “mühüm və açar fiqur”dur”.

Politoloq deyir ki, Dağlıq Qarabağ münaqişəsi siyasi məsələ olsa da, Minsk qrupunun həmsədrləri arasında “nüfuz savaşı” gedir:

“Ona görə də Rusiya tərəfindən belə bir bəyanatlar verilməlidir və veriləcək də. Nə qədər ki, qətnamələrin yerinə yetirilməsi ilə bağlı icra mexanizmi üzə çıxmayacaq, bu cür bəyanatlarla yadda qalacaqlar. Mövqedə də dəyişiklik olmalıdır. Təbii ki, Rusiyanın da, ABŞ-ın da, Fransanın da münaqişənin həlli, eyni zamanda geosiyasi vəziyyətlə bağlı öz maraqları var. Nə qədər də desək ki, Rusiya nüfuz sahibidir, bu münaqişəni təkbaşına həll edən deyil. Dünya ictimaiyyəti, eyni zamanda Birləşmiş Millətlər Təşkilatında təmsil olunan dövlətlər münaqişənin bu qədər uzanmasına biganə yanaşmamalıdırlar. Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, böyük müharibənin alovlanmasına gətirib çıxara bilər. Rusiyada da bunu bilməlidirlər ki, münaqişə digər yolla həll olunsa, bu həmin dövlətdən də yan keçməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam