Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“ÖZÜMÜ PƏNCƏRƏDƏN ATMAQ İSTƏYİRƏM...”-Paşinyanı Sarkisyanla biznes ortaqlığında günahlandırırlar

 

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin son iclasında özünü cilovlamaqda çətinlik çəkib.

Yenixeber.org: Ermənistan mətbuatında baş nazirin iclas zamanı səsləndirdiyi qeyri-adi fikirlər yer alıb.

Paşinyan deyib ki, bəzən özünü pəncərədən atmaq istəyir və yəqin ki, buna görə də hökumətin binasında pəncərələri möhkəm bağlayıblar(!). 

Məsələ ondadır ki, hazırda Ermənistanın gündəmində olan məsələlərdən biri köhnə, sıradan çıxmış və paslanmış avtomobillərin bir metal emalı şirkəti tərəfindən satın alınması prosesi gedir.

Hesab olunur ki, həmin şirkət sabiq prezident Serj Sakisyana məxsusdur. Hazırda Ermənistanda 10 minlərlə belə yararsız avtomobil və onların qalıqlarının mövcud olduğu nəzərə alınsa, bu biznes kifayət qədər gəlirli sayıla bilər. Paşinyan hökuməti isə hər vəchlə əhalini istifadə etmədiyi yararsız, paslanmış avtomobilləri həmin şirkətə təhvil verməyə təşviq edir.

Hətta baş nazirin müavini belə avtomobilləri təhvil verməyən vətəndaşlara qarşı xüsusi vergi tətbiq olunmasını təklif edib. Lakin əhalinin bir qismi bu avtomobilləri təhvil vermək istəmir. Baxmayaraq ki, sözügedən şirkət özü həmin avtomobillərin metal gövdələrini yerindən götürərək, çəkisinə görə pul ödəməyə hazırdır. Lakin görünür, təklif olunan məbləğ onların sahiblərini qane etmir.

Bununla yanaşı, Paşinyan hökumətinin bu məsələdəki canfəşanlığı onun sabiq prezident S.Sarkisyanla iş birliyində olmasına dair iddialara səbəb olub. Bir çoxları baş naziri hətta sabiq prezidentlə biznes şəriyi olmaqda günahlandırıblar.

Paşinyanın partiyasının parlamentdəki nümayəndələri belə bu mövzuda baş nazirin əleyhinə olan mülahizəlrlə çıxış ediblər. 

Bunu Paşinyan özü hökumətin iclasında bildirib: “Deməli, inqilab ondan ötrü baş tutub ki, bu paslanmış kuzovlar Serj Sarkisyanın biznesinə verilsin? Özü də bunlar uzun illərdir qalıb paslanırdı və bu adam ondan bir qəpik xeyir götürmürdü. Və belə şeyləri bizim partiyanın nümayəndələri, parlamentin deputatları da təkrarlayır. Bütün bunları eşidəndə özünü pəncərədən atmaq istəyirsən. Yəqin buna görə hər ehtimala qarşı hökumətin pəncərələrini möhkəm bağlayıblar...” 

Onu da qeyd edək ki, Ermənistanda sabiq prezident Serj Sarkisyana qarşı yeni cinayət işi açılıb. O, dövlət vəsaitinin mənimsənilməsində günahlandırılır və artıq ölkədən çıxışına qadağa qoyulub.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam