Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Yeni mərhələnin başlanğıcı:Regionlararası Forumun nəticələri

 

Yeni mərhələnin başlanğıcı: Regionlararası Forumun nəticələri

Beləliklə, X Rusiya-Azərbaycan Regionlararası Forumu göstərdi ki, iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və növbəti illərdə müxtəlif sahələrdə əməkdaşlığın daha da

Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumu iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini ortaya qoydu. 

Yenixeber.org: Xatırladaq ki, Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkil etdikləri forum noyabrın 22-də işə başlayıb. Bir gün sonra yekunlaşan forumun plenar iclası Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kosmos və aviasiya” pavilyonunda keçirilib. 

İclasın işinə iki ölkənin rəsmi şəxsləri, biznes dairələrinin nümayəndələri qatılıblar. Rusiya-Azərbaycan Regionlararası Forumu 10 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin dəstəyilə yaradılıb. Sonuncu tədbir göstərdi ki, bu təsisat iki ölkə arasında əlaqələrin sürətli inkişafı üçün səmərəli mexanizmə çevrilib. 

Forumun iclasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çıxışından aydın olub ki, hazırda ölkəmiz Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Forumun yaradılmasından sonra iqtisadi, aqrar və humanitar sahələrdə müsbət dinamika müşahidə edilir. 

2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər idisə, bu ilin 9 ayı ərzində artım 26 faizə çatıb. Sərmayə yatırımı sahəsində də iki ölkə arasında əməkdaşlıq genişlənib. Bu gün Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə var. Ölkəmizdə Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə müştərək layihələr həyata keçirilir. 

Məsələn, “SOCAR Polymer” zavodu inşa edilib, “Azərikimya” müəssisələri modernləşdirilir, Gəncə avtomobil zavodunda “KamAz” Səhmdar Cəmiyyətinin və “Ural” avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində “QAZ” markalı avtomobillərin yığılması üzrə zavod tikilir. “P-farm” əczaçılıq preparatları zavodunun birinci növbəsinin tikintisi başa çatmaq üzrədir. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması üzrə iş aparılır.

Aqrar sektora gəlincə, bu gün Rusiya Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Azərbaycan isə bu ölkədən kənd təsərrüfatı texnikası və mineral gübrələr alırıq. 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaşdırılır.

Rusiya-Azərbaycan əməkdaşlığında nəqliyyat-tranzit sahəsi də mühüm istiqamətlərindən biridir. Təsdüfi deyil ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi kimi mühüm layihəyə imza atılıb. Həmin layihənin həyata keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya Federasiyası sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. 

İki ökənin turizm sahəsində əməkdaşlığının sürətli inkişafı da diqqət çəkir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Azərbaycana gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir.

Son illərdə isə humanitar əməkdaşlıq sahəsində xeyli dərəcədə fəallıq müşahidə olunur. Bu sırada xüsusilə təhsil seqmentini göstərmək olar. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən isə Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Azərbaycanın 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.(yenisabah)

Yeni mərhələnin başlanğıcı: Regionlararası Forumun nəticələri
Yeni mərhələnin başlanğıcı: Regionlararası Forumun nəticələri

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam