Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Azərbaycan Rusiyaya 1 milyarddan çox investisiya qoyub

    

Azərbaycan Rusiyaya 1 milyarddan çox investisiya qoyub
"Ticari əlaqələr Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biridir. Rusiya Azərbaycan idxalı üçün əsas tərəfdaşlardandır və Rusiya bizim qeyri- neft məhsullarının ixracında ilk yeri tutur"
 Yenixeber.org: Bu fikirləri iqtisadiyyat naziri Şahin Mustafayev 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu və Rusiya-Azərbaycan İşguzar Şurasının iclasında deyib. Nazir bildirib ki, Azərbaycan ikitərəfli əlaqələrin gələcək inkişafına daha da maraqlıdır.

"Belə formatda keçirilən tədbirlər işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün mümküm əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platformadır".

Rusiya prezidenti Vladimir Putinin bu gün Bakıya səfərə gələcəyini deyən nazir qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərfdaşlıq səviyyəsindədir.

"Dövlət başçıları ölkələrimiz arsında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Prezidentlərin, rəsmi nümayəndə heyətləri və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlətindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası müşahidə edilir, ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Qarşılıqlı investisiya qoyuluşu sahəsində aktiv əməkdaşlıq həyata keçirilir".

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatında 4 milyard dollardan artıq investisiya qoyub. Onun sözlərinə görə, Azərbaycanda təqribən 700 Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam