Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya-Azərbaycan Regionlararası Forumu - keçiriləcək

Bu il noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

Yenixeber.org: “Roskonqress” fondunun dəstəyi ilə Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən birgə təşkil olunacaq forum dialoq üçün əlverişli platformdur.

Noyabrın 22-də forumun işgüzar hissəsini iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin açacaqlar. Forumun proqramına Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş tərkibdə iclasları, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm, humanitar sahədə regional əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə dair 4 "dəyirmi masa" daxildir.

Rusiya Prezidentinin müşaviri Anton Kobiakov bu Forumu Rusiya ilə qonşu dövlətlər arasında əlaqələri inkişaf etdirmək üçün həyata keçirilən silsilə tədbirlərdən biri kimi dəyərləndirərək, başlıca məqsədin iki ölkənin hakimiyyət və işgüzar nümayəndələri arasında sərbəst təmas qurmaq olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötənilki Forumda iki ölkədən 1000-dən çox rəsmi, ictimai, işgüzar təşkilat, təhsil və elm müəssisələri, KİV iştirak edib, 17 saziş imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam