Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İqtisadiyyat nazirinin müavini:"Dünya iqtisadiyyatındakı yeniliklər barədə məlumatlar Azərbaycanın inkişafına kömək edir"

 

Yeni Rusiya-Azərbaycan Regionlararası Forumu bu ilin sentyabr ayında Gəncə şəhərində keçiriləcək

Yenixeber.org: Bu barədə  Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, SPBİF hər il iqtisadiyyat sahəsində aparıcı mütəxəssisləri, müxtəlif ölkələrdə iqtisadi inkişafa cavabdeh olan insanları, dünyanın ən böyük korporasiyalarının rəhbərlərini bir araya gətirir: "Bu, müasir dünya trendlərinin, iqtisadi inkişaf istiqamətlərinin, yeni iqtisadi mexanizmlərin müzakirəsi üçün əla platformadır. Hər il bura Azərbaycandan nümayəndə heyəti gəlir, nümayəndələrimiz müxtəlif sessiyalarda və panellərdə iştirak edirlər, iqtisadiyyatın müxtəlif sahələri üzrə fikir mübadilələri aparırlar. Dünya iqtisadiyyatındakı yeniliklər barədə məlumatlar Azərbaycanın inkişafına kömək edir".
Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan nazir müavini ölkələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib: "Ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə inkişafının əsasını dövlət başçılarının siyasi iradəsi təşkil edir. Həmçinin Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının fəaliyyətini qeyd etmək istəyirəm. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə Şura əlaqələrimizin inkişafına olduqca müsbət təsir göstərir", - nazir müavini bildirib.
O həmçinin birgə forumların, o cümlədən Rusiya-Azərbaycan Regionlararası Forumunun əhəmiyyətini qeyd edib.
"Yeni Regionlararası Forum bu ilin sentyabrında Gəncə şəhərində keçiriləcək. Artıq onun təşkil edilməsi yolunda fəal hazırlıqlar aparılır. Belə forumlarda ənənəvi olaraq Rusiyanın dövlət qurumlarının və müxtəlif bölgələrindən olan biznes nümayəndələri iştirak edirlər. Bu forum iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün ən vacib mexanizmlərdən biridir. Onun sayəsində çoxsaylı razılaşmalar əldə olunub, mühüm sazişlər imzalanıb", - S.Məmmədov bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam