Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Arif Hacılı və Rauf Arifoğlunu "topa tutdu" –QARŞIDURMA

 

 

"Rauf Arifoğlu hansı layihəyə əl qoyursa uğur qazandığını, bizim partiyamızın yaradıcısı olduğunu, bizim liderlik xüsusiyyətlərimizin olmadığını iddia edib".

 

 Yenixeber.org: Bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

O, açıqlamasında R.Arifoğlunu kəskin tənqid etməklə yanaşı, "Yeni Müsavat" qəzetinin daha çox biznes layihəsi olduğunu vurğulayıb:

 

"Əslində siyasi təşkilat quruculuğu üçün ən uğurlu zamanda, 1989-cu ildə "Yeni Müsavat" partiyasını elan etmişdilər. Üç il ərzində heç nə edə bilmədilər, Türkiyədə Müsavatı yaşadanlardan da xeyir-dua ala bilmədikdən sonra bizə müraciət etdilər.


AXC- ni hakimiyyətə gətirdik. Müsavatı bərpa etdik. Müsavat qısa müddətdə ölkənin birinci partiyası oldu. O zaman qurduğumuz qəzetlər də azad rəqabət şəraiti aradan qalxana qədər "Yeni Müsavat"- dan çox populyar idi.


"Yeni Müsavat" qəzeti isə qurucusunun dəfələrlə etiraf etdiyi kimi daha çox biznes layihəsidir.


Onunla bu sahədə rəqabətə girmək fikrimiz olmayıb.
Siyasi rəqabətdə isə həmişə onun mənə qarşı koalisiya ortaqları ilə birlikdə topladığı səslərinin ümumi sayından daha çox səs toplamışam.

Yazır ki, guya mən güclü siyasətçiləri sevmirəm.
Mən Elçibəyi, İsa Qəmbəri, 26 il irticaya duruş gətirib əqidəsindən dönməyənləri güclü siyasətçi hesab edirəm. Onlarla birlikdəyəm.
İndiki iqtidar mənsublarını, hər mövsümdə bir hava çalanları güclü siyasətçi saymıram, onlarla birlikdə ola bilmərəm.

Mənimlə 6 aydan çox eyni həbsxana kamerasında qaldığını da tez-tez təkrarlayır.
Belə görünür ki, hər halda həyatının parlaq səhifəsinin bu olduğunu yaxşı başa düşür".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam