Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müsavat Partiyasından daha bir istefa

''Yeni Müsavat''ın baş direktoru Müsavat Partiyasından istefa verdiyini bildirdi

 

 

"Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov 21 ildən bəri üzvü olduğu Müsavat Partiyasından istefa verdiyini bəyan edib.
Xeberinfo.com:   O, bu barədə sosial şəbəkədəki səhifəsində müvafiq status yazıb. Ə.Süleymanovun statusu aşağıdakı kimidir:
"21 ildir Müsavat Partiyasının üzvüyəm. Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, mən də istefa verə bilərəmmi? Bu qədər yol qət etiyin, heç nə etməsən belə təssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür? 
 
Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Amma mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam ki. 
Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!".
Qeyd edək ki, Müsavat başqanı A.Hacılı mediaya verdiyi müsahibədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu barədə xoşagəlməz sözlər işlədib. Bu isə "Yeni Müsavat" qəzetində çalışan müsavatçılarda kəskin reaksiya doğurub.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam