“ASİYA ƏJDAHASI” BALKANLARDA: Pekin Aİ-nin arxa həyətini öz ovlağına çevirir
Dmitar Beçev
“Əl-Cəzirə”, 28.08.2019
2009-cu ilin oktyabr ayında Bolqarıstanın mərkəzində “Loveç” adlı kiçik bir şəhərdə ölkədə az adamın tanıdığı bir Çin məmurunu qarşıladılar. Çinin o vaxtkı vitse-prezidenti olan Si Zinpin Avropa turnesinə çıxaraq, xarici işlər sahəsində təcrübə toplayırdı. Loveçdə Bolqarıstanın çoxşaxəli holdinq şirkəti “Litex Commerce” və Çinin aparıcı avtomobil istehsalçılarından biri olan “Great Wall Motors” arasında ortaq bir müqavilə imzalandı. Sonra ulduzu yüksələn siyasətçi Buxarestə yola düşdü.
Yenixeber.org: Loveçdəki zavod 2017-ci ildə iflas etdi, ancaq Çin sərmayəsinə aclıq qaldı.
10 il sonra Si ilə görüşmək üçün artıq Balkan liderləri Pekinə gedir. Birləşmiş Ştatlar Çinə qarşı ticarət müharibəsinə girsə və əksər Qərb hökumətləri “Huawei” kimi texnoloji şirkətlərdən narahat olsa da, cənub-şərqi avropalılar hələ də Pekinlə birlikdə yollar, körpülər, elektrik stansiyaları və yaşıllıq layihələri ilə məşğul olmağa can atırlar.
2012-ci ilin aprel ayında, Sinin prezident olmasına bir il qalmış Çin Şərqi Aİ-dəki 11 üzv ölkəni, eyni zamanda, Qərbi Balkanlarda 5 namizəd dövləti bir araya gətirən 16 + 1 təşəbbüsünü irəli sürüb.
Balkanlarda bu foruma maraq az olmayıb. 2018-ci ildə Sofiya foruma ev sahibliyi edib; bu il Xorvatiyanın tarixi Dubrovnik şəhəri. Belqrad və Buxarest də növbəyə durub. Son zamanlar Yunanıstan da rebrendlənmiş 17 + 1 təşəbbüsünə – postkommunist dövlətlərin bu qruplaşmasına qoşulmaq üçün səy göstərib.
Bu il Balkanların bir sıra yüksək vəzifəli şəxsləri Pekinə uzun müddətli səfərlər edib. Aprel ayında Serbiya prezidenti Aleksandar Vuçiç Çin paytaxtında Si ilə görüşüb; bir gün sonra Yunanıstan baş naziri Aleksis Sipras. May ayında Yunanıstan prezidenti Prokopis Pavlopoulos da Pekində görünüb. İyul ayında Bolqarıstan prezidenti Rumen Radev də Çini rəsmi ziyarət edib.
Bölgənin Çin sərmayələrinə olan marağı isə diqqətdən qaçmayıb. Rəsmilər və Aİ-nin Çin izləyiciləri Pekinin “ayır və buyur” taktikası ilə təsirini artırmaq siyasətindən ehtiyat edərək narahatlıqlarını dilə gətiriblər.
Mart ayında “Financial Times”-a açıqlamasında Aİ-nin genişlənmə komissarı Yohannes Han deyib: “Bəlkə Rusiyanı çox qiymətləndirdik və Çini isə dəyərsizləşdirdik”. Han, Münhen Təhlükəsizlik Forumunda qeyd olunan Qərbi Balkanların borc içində batma riskindən narahatdır.
Rusiya “slavyan qardaşlığı” kartını yaxşı oynasa da, Qərblə sərt danışmağı sevirsə də, iqtisadi baxımdan problem yaratmır. ÜDM-i 12 trilyon dollardan çox olan Çin fərqli bir liqadadır.
Ümumi axının 3 faizində bölgəyə Çin sərmayəsi – əsasən Çin infrastruktur şirkətlərindən faydalanan kreditlərə əsaslanır – Aİ-nin üçdə ikini təşkil edən kreditləri ilə müqayisədə, daha çox gəlir. 2013-cü ildə Pekin tərəfindən açıqlanan “Bir qurşaq-Bir yol Təşəbbüsü” kimi iddialı müəssisələr, şübhəsiz ki, artıma səbəb olacaq.
Pulların bir hissəsi artıq qoyulub. Çinin “HBIS” şirkəti tərəfindən Smederevo polad zavodunun alınması sayəsində onun Serbiyada birbaşa xarici sərmayə fondundakı payı 6 faizdən 20 faizə yüksəlib.
Çin “Exim Bank”ı Belqrad və Budapeşti birləşdirən dəmir yolunun iki hissəsinin modernləşdirilməsini də maliyyələşdirir. Çin Rabitə Tikinti Şirkətinin (CCCC) həyata keçirdiyi müqavilələr 1,5 milyard dollar dəyərindədir.
Serbiya hökuməti ölkənin müdafiə sənayesinə PUA istehsalına imkan verən texnologiya ötürülməsini də əhatə edəcək bir razılaşma çərçivəsində Çin istehsalı olan pilotsuz təyyarələrin alınması üçün danışıqlar aparır. Belqrad da üz tanıma proqramı satın alır. Çindən olan vəzifədaşı ilə son görüşündən sonra daxili işlər naziri Neboyşa Stefanovic ortaq polis patrulları və hətta hərbi təlimlər fikrini səsləndirib.
Bununla yanaşı, 2005-2006-cı illər arasında ticarət 3 dəfə artaraq 1.6 milyard dollara çatıb. Bəzi müşahidəçilərə görə, Serbiya “Çinin Balkanlara açıq qapısı”na çevrilir.
Çin-Serbiya əməkdaşlığının nə dərəcədə uzağa gedə biləcəyi hələ görünmür. Lakin bir şey dəqiqdir ki, Vuçiç iki stulda oturmağına fikir vermir (ABŞ-ın bir yüksək səviyyəli diplomatı vaxtilə Serbiyanı “Qərblə Rusiya arasında rəqs edən” kimi xarakterizə edirdi).
Serbiyadan başqa, Çin də Balkanların digər, yəni infrastruktur və enerji sahələrinə böyük sərmayələr qoyur.
2009-cu ildən bəri Çin şirkəti COSCO, əvvəlcə operator olaraq, Yunanıstanın Pireus limanına sahiblik edir. 2017-ci ilə qədər COSCO Saloniki limanı üçün də tenderdə iştirak edib.
2013-cü ildən bəri Aİ-nin üzvü olan Xorvatiyada Çin konsorsiumu Adriatik sahilindəki Pelyesaç yarımadası və Komarna kəndini birləşdirən 2.4 km uzunluğunda bir körpü inşa edir.
Layihə kifayət qədər populyarlıq qazanıb: birincisi, o, Bosniya-Herseqovina ilə bölüşülən Neum körfəzi ilə kəsişir və buna görə də, körpü onun dənizə çıxışına maneə törədir; ikincisi, körpü, əsasən, Aİ tərəfindən maliyyələşdirilir. Çinin dövlət müəssisəsi olan CCCC-nin törəmə şirkəti Brüsseldən 396 milyon dollarlıq qrant almaqdan bəhrələnir.
Çin, həmçinin Çernoqoriya və Şimali Makedoniyada da yol tikintisi layihələrində iştirak edir.
Bosniya-Herseqovinanın Tuzla şəhərində Çin “Exim Bank”ı 777 milyon dollarlıq kreditlə istilik stansiyası tikməyə başlayıb. Parlamentdə 3 Çin şirkətini “cəzalandırma” cəhdi baş tutmayıb. Pekinin pulu Balkan dövlətinin ağzını yumub.
Bolqarıstan da enerji sektoruna Çin sərmayəsinin cəlb etməyə ümidlidir. Hökumət Çin Milli Nüvə Korporasiyasının “Belene” nüvə stansiyasında maraqlı olduğunu israr edir.
Çin Balkanlarda getdikcə artan investisiyalarından siyasi izini genişləndirmək üçün istifadə edə bilərmi və ya bunu istəyirmi?
Yəqin ki, bəli, amma qısa-orta müddətdə Çinin regional təhlükəsizliklə bağlı iddiası olmayacaq. Balkanlara gəlincə, o, geoiqtisadi bir güc olaraq qalacaq.
Şimali Makedoniyadan olan Çin xarici siyasəti mütəxəssisi Anastas Vangelinin qeyd etdiyi kimi, yerli ölkələr Çin və Aİ ilə rəqabət etmək əvəzinə, sinxron çalışırlar.
Hələlik qavrayışın reallıq olması siyasətdə qızıl bir qaydadır. Qərblə Pekin arasındakı gərginlik, şübhəsiz, Avropanın periferiyasında hiss ediləcək.
Tərcümə: Strateq.az