Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ÇİN-ABŞ MÜHARİBƏSİ LABÜDDÜRMÜ? –Analitiklər: "Gərgin rəqabət Trampdan sonra da davam edəcək"

Ceyms Raynl

“Əl-Cəzirə”

 

Çin prezidenti Sinin “müharibəyə hazırlıq” barədə sözləri ABŞ-la iki məkanda – Tayvan və Cənubi Çin dənizində hərbi qarşıdurmaya dair qorxuların son nümunəsidir.

Yenixeber.org: Keçən həftə dörd gün davam edən cənub səfərindən sonra Quandun əyalətindəki hərbi komandirlərə müraciətlə, Si “diqqəti müharibəyə hazırlığa yönəltmək” çağırışı edib.

Təqaüdçü ABŞ general-leytenantı Ben Hocs deyib ki, dünyanın ən böyük iki iqtisadiyyatı arasında “gərgin əlaqələr və artan rəqabət” sayəsində yaxın 15 ildə ABŞ Çinlə müharibəyə cəlb oluna bilər.

Pentaqonun keçmiş məsləhətçisi Bonni Qleyzer “əl-Cəzirə”yə bildirib: “Hər ikisi buna hazırlaşır, amma hər iki ölkə müharibəyə başlamaq üçün son dərəcə axmaq rəhbərliyə sahib olmalıdır. Ağıllı siyasətlər isə bizi daha müsbət istiqamətə yönləndirə bilər”.

 

Artan gərginlik

 

Çinin artan iqtisadi və hərbi gücünü cilovlamaqdan ötrü Vaşinqtonun səyləri Çin idxalına tarifləri artıran və Pekini ədalətsiz ticarət və intellektual mülkiyyət oğurlamaqda ittiham edən ABŞ prezidenti Donald Trampın sayəsində güclənib.

Bu ay vitse-prezident Msyk Pens də ticarət müharibəsi ilə Çin və ABŞ arasında kəskinləşən münasibətləri vurğulayaraq, kiberhücumlar, Tayvan, dənizlərdə hərəkət azadlığı və insan hüquqları mövzusunda mühafizəkar düşüncə səsləndirib.

Pens bildirib ki, Ağ Evin ticarət siyasətinə cavab olaraq Çin, Trampın rəhbərliyi ilə respublikaçılarına qarşı seçki müdaxiləsinə səy göstərir. O, Pekinin müdaxiləsinin ifşasını davam etdirməyə söz verib.

Vitse-prezidentin sözlərinə görə, Çin mübahisəli Cənubi Çin dənizindəki süni adalarda anti-gəmi və hava hücumu əleyhinə raket sistemləri yerləşdirib.

Pens, həmçinin Pekini kiçik ölkələri qorxutmaq və Tayvanı qeyri-sabitləşdirməklə günahlandıraraq, üç Latın Amerikası ölkəsi ilə rəsmi Taybeyin əlaqələrini kəsmək üçün təzyiqdə ittiham edib.

Ötən ay “USS Decatur” gəmisi Cənubi Çin dənizində üzərkən, bir Çin destroyeri ona 45 metr yaxınlaşıb və ABŞ gəmisi toqquşmanın qarşısını almaq üçün manevr etməyə məcbur olub.

Vaşinqton Cənubi Çin dənizi və Tayvan boğazının beynəlxalq sular olduğunu, Çinə qarşılıqlı iddiaları göstərmək və regionda ABŞ müttəfiqlərini gücləndirmək üçün öz hərbi gəmilərinin keçidini “gəmiçilik təlimləri” adlandırır.

Tramp administrasiyası Tayvanla 1,7 milyard $ dəyərində iki silah satışı müqaviləsi imzalayıb.

Sentyabr ayında Vaşinqton Rusiyadan döyüş təyyarələri və raket sistemlərinin alınması ilə bağlı Çinə sanksiyalar tətbiq edib.

Çin yüksək səviyyəli hərbi danışıqlar, o cümlədən ABŞ müdafiə naziri Ceyms Mattisin Pekinə səfərini ləğv edib, buna Cənubi Çin dənizində bombardmançı və döyüş təyyarəsi ilə təlim keçməklə cavab verib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Çin 2014-cü ildən etibarən Almaniya, Hindistan, İspaniya, Tayvan və Britaniyanın birləşmiş dəniz donanmalarından daha çox sualtı, döyüş və s. gəmilərə sahibdir.

 

Cənubi Çin dənizində mübahisə

 

Analitiklər ABŞ və Çin arasında keçmiş siyasi böhranları xatırlayırlar.

2001-ci ildə ABŞ casus təyyarəsi Çin döyüş təyyarəsi ilə toqquşduqdan sonra Haynana enməli olub. 1996-cı ildə ABŞ prezidenti Bill Klinton Çinin raket sınaqları ilə əlaqədar Tayvan boğazına təyyarədaşıyıcı gəmilər göndərib.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində təmsilçisi Qreqori Polinq “Əl-Cəzirə”yə bildirib ki, “ABŞ-Çin münaqişəsinə gətirib çıxara biləcək bir çox dəlillər var”.

“Cənubi Çin dənizi ABŞ-ın bölgədəki üstünlüyü, İkinci Dünya müharibəsindən sonra Vaşinqtonun qurduğu beynəlxalq nizamın mərkəzidir. Çinin qonşularını qorxutması ona bu nizama etiraz etmək hüququ qazandırır”.

Dəniz 1,7 milyon kvadrat kilometr ərazini əhatə və 200-dən çox yaşayış məntəqəsi olmayan kiçik adalar, qayalar və rifləri ehtiva edir. Bu, Sakit okean və Hind okeanları arasındakı ən qısa yoldur və dünyanın ən işlək nəqliyyat yeridir.

Bruney, Çin, Malayziya, Filippin, Tayvan və Vyetnam arasında tarixən bu ərazi mübahisələri var. Çinin iddiaları, ən geniş şəkildə, bütün Spratli və Parasel adalarını, yəni Cənubi Çin dənizi hövzəsini demək olar ki, hamısını əhatə edir.

Bu mübahisədə Çinin yüksələn gücünə qarşı, Yaponiya, Filippin və digər ölkələrlə əlaqələrini dərinləşdirməklə, Birləşmiş Ştatlar bölgədə siyasi və hərbi rəqabəti gücləndirib.

Polinq deyir: “Vaşinqton yuxudan oyanmalı və anlamalıdır ki, Çinin mövqeyi gündən-günə daha da güclənir, digər iddialıların mövqeləri isə zəifləyir”. Polinq əlavə edib ki, bu il Cənub-Şərqi Asiya ölkələrinin (ASEAN) 10 üzvü və Çin strateji su yolunda gərginliyi azaltmaq üçün qanuni yolla davranış qaydaları haqqında rəsmi danışıqlara başlayıb.

Polinqin sözlərinə görə, “son 20 il ərzində danışıqlar heç bir nəticə yaratmayıb”.

Tayvanlıların fikrincə, onlar barıt çəlləyi üstündə oturublar. Çünki ötən həftə Çinin müdafiə naziri Vey Fenge “Tayvanı Çindən ayırmaq” üçün hər cür səy zamanı Çin silahlı qüvvələrinin “nəyin bahasına olursa-olsun bunun qarşısını alacağını” deyib.

Çin 1949-cu ildən etibarən “vahid Çin” siyasəti ilə Tayvanı Pekin hakimiyyəti altına almağa söz verib. ABŞ 1979-cu ildən onu müdafiə etmək üçün Tayvana kömək edir.

Ticarət müharibəsi və qızğın ritorikaya baxmayaraq, Qleyzer bu fikirdədir ki, Pekin və Vaşinqtonda soyuq başla qərar veriləcək.

“Gələcək 20-25 il ərzində mən ABŞ və Sovet İttifaqı arasında soyuq müharibəyə bənzər bir müharibə gözləyirəm, amma Çin və ABŞ arasında uzunmüddətli, sıx, strateji rəqabət Tramp administrasiyası ilə bitməyəcək”.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam