TRAMP ƏRDOĞANLA OYUNUN BİRİNCİ HİSSƏSİNİ UDUZUB:lVaşinqton Ankaranı ciddi geopolitik seçimə itələyir – Təhli
Stanislav Tarasov
regnum.ru, 09.03.2019
Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib ki, Rusiyanın S-400 zenit raket komplekslərinin düzülüşü cari ilin oktyabrında başlanacaq. Daha doğrusu, bunlar iyulda Ankaraya veriləcək, oktyabrda isə döyüş hazırlığı durumuna gətiriləcək.
Yenixeber.org: Akarın sözlərinə görə, Türkiyə HHQ indiki anda Rusiya ZRK-lərinin harada yerləşdirilməsinin daha yaxşı olduğunu araşdırır. Bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “S-400-lərin tədarükü üzrə Rusiya ilə sazişin tamamlanmış iş” olduğunu bildirərək istisna etməyib ki, ola bilsin, Ankara həm bu raketlərin, həm də “ola bilər, S-500-lərin” birgə istehsalına nail olmağa çalışacaq.
Türkiyə amerikalıların təklif etdiyi “biz sizə “Patriot veririk, siz S-400-dən imtina edirsiniz” kombinasiyasını sanki bu cür çidarlayır. Ankara bildirir ki, “Patriot”u almağa hazırdır, amma Vaşinqtonun onun “şərtlərini yerinə yetirəcəyi şərtilə”. Burada intriqa bundadır ki, ABŞ qabaqlar, məsələn, Çinlə bağlı halda nail olduğu kimi prinsipcə S-400 sazişini poza bilərdi. Amma amerikalılar özlərini qəribə aparırlar. Ya da çox lovğa-lovğa. Onlar fevralın ortalarında “sürətləndirilmiş tədarüklə bağlı” qiymətləri qaldırdılar, onların təklifi “Patriot” almaqda Türkiyəyə nə borc, nə də texnologiyaların verilməsi haqda Ankaranın təkid etdiyi sazişi bağlamağı nəzərdə tuturdu. Hətta Vaşinqton hədə gəlirdi ki, Türkiyənin aldığı beşinci nəsil “F-35” Amerika qırıcılarını verməkdən imtina edə bilər, başqa sanksiyalarla da, habelə “ikitərəfli münasibətlərin keyfiyyətcə dəyişdirilməsilə” hədələməyə başladı.
Türkiyənin “Hürriyet” qəzetinin yazdığı kimi, Ankara amerikalılarla münasibətlərdə iki meydança qurub və bir-birinə bağlamağa başlayıb: S-400 üzrə saziş və Suriya, daha doğrusu, ABŞ-ın Suriya kürdlərinə dəstəyi. Vaşinqton birinci meydançada “Patriot”un tədarükünə bağlı hansısa maliyyə-texniki şərtlər kəsərək oyunu hələ sürdürə bilər. Amma ABŞ Suriya meydançasında Türkiyə ilə danışmaq üçün təkcə Suriya kürdlərinə münasibətini dəyişməməli, həm də özünün Yaxın Şərq siyasətinə ciddi düzəlişlər etməlidir. Onlar buna hələlik hazır deyillər. Hələ üçüncü meydança da var – Türkiyə-Rusiya münasibətləri. Amerika ekspertləri – özü də təkcə onlar deyil – indi hesab edirlər ki, Ankara “Qərb orbitindən yerini dəyişdirir” və CNN-in müxbiri Metyu Çansın durumu şərh etdiyi kimi, “NATO üzvü olan ölkə özünün alyans üzrə tərəfdaşlarıyla deyil, Rusiya ilə hərbi əməliyyatlar keçirməyə başlayıb”.
Onun sözlərinə görə, “bu, çox qəribədir”. Və təkcə bu deyil. Türkiyə Suriya yönündə “Qərbdəki müttəfiqlərdən daha çox uzaqlaşır, Suriyanın gələcəyi və Suriya münaqişəsinə dair Rusiya ilə daha tez-tez eyni fikirlər söyləyir, onunla sinxron hərəkət edir”.
Türkiyə HHQ-nin istefadakı general-mayoru Beyazit Karataş öz növbəsində hesab edir ki, “məsələ təkcə Türkiyənin Qərb düşərgəsindən çıxmasında deyil, ABŞ-ın Yaxın Şərqdə ön alaqapısı olmağı buraxır və Avrasiyaya yaxınlaşır”.
Onun sözlərinə görə, bu, Vaşinqtonun Ankaranı NATO üzrə tərəfdaş və müttəfiq kimi qəbul etməyi tərgitdiyni də izah edir. “Biz bunu Suriyada və Şərqi Aralıq dənizində aydın görürük, – Karataş deyir. – Biz çağdaş Türkiyənin sərhədlərini hüquqca qeydə alan 1923-cü il Lozanna müqaviləsini rəsmən tanımayan ölkədən danışırıq”.Başqa sayaq deyilsə, Ankara kürd kartını oynamaq vasitəsilə ölkənin parçalanması üçün lahiyənin valığında amerikalılardan ciddi şübhələnir. Təsadüfi deyil ki, türk ekspertləri Türkiyənin NATO-da Amerika ilə münasibətlərinin bütün tarixini ciddi təftişə məruz qoyurlar. Türkiyənin “Cumhuriyet” qəzeti Ankaranın Vaşinqtona və alyans üzrə müttəfiqlərinə tarixi iddialarının böyük bir siyahısını bu günlərdə dərc edib. O, Ankaranın 1952-də NATO ilə imzaladığı müqavilə, 1951-ci ildə yaradılmış İncirlik bazasında Türkiyədən gizlicə yetişən təhlükəli sui-qəsdlər, U-2 casus təyyarəsi və 1960-ci illə bağlı böhran, 1962-ci il raket böhranı, Consonun 1964-cü il məktubu və 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişi cəhdi daxil olmaqla amerikalıların dövlət çevrilişlərinə dəstəyinin analizindən başlanır. ABŞ-ın Konstantinopol patriarxlığının “ümumdünya” statusunun tanınmasının təminatı üçün dəstək üzrə səyləri də yada salınır və NATO-nun qərargah təlimlərində istifadə edilən, bölünmüş Türkiyənin təsvir olunduğu coğrafi xəritə nümayiş etdirilir.
Nəşr bununla bağlı ya “NATO-ya üzvlüyün yaratdığı tənbəllik və ətalətə tərəfdar olmağa, ya da öz milli maraqlarıyla yeni Türkiyəni bəyan etməyə” çağırır. Bir sözlə, Ankaranın Vaşinqtonla və alyans üzrə başqa tərəfdaşlarıyla münasibətlərində ciddi böhran qeyd edilir. Amma bu bildirmir ki, Türkiyə baş çatladıb “Qərbdən Şərqə atılacaq”. O, amerikalılarla danışıqlarda dialoqu öz milli maraqları üçün, heç olmasa, qismən nəsə faydalı və mühüm bir şeyə çevirməyə ümid edərək öz tələblərinin plankasını kəskin qaldırır. Ərdoğan martın 31-də türk həmkarıyla səfərdəki “duel”in birinci hissəsini uduzmuş Donald Trampla danışıqlar üçün ABŞ-a yollanır. Görək, Tramp oyunu “evdə” necə aparacaq…Tərcümə: Strateq.az