Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp Ərdoğana “Patriot” sözü verdi 

 

Tramp Ərdoğana “Patriot” sözü verdi
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla apardığı telefon söhbətində onu əmin edib ki, Konqress “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışına dair Ankara ilə mümkün müqavilənin imzalanmasını bloklamayacaq. 
 Yenixeber.org: Bu barədə “Hürriyet” qəzeti diplomatik mənbələrinə istinadən yazıb. 

Qeyd olunur ki, “Patriot”ların tədarükü üzrə ABŞ-la Türkiyə arasındakı anlaşmanı yekunlaşdırmaq üçün Konqressin icazəsi lazımdır. Tramp isə bu məsələnin həll ediləcəyinə zəmanət verib. Lakin Ərdoğanla söhbətində ABŞ prezidenti müqavilənin imzalanmasına necə nail olacağına aydınlıq gətirməyib. 

Mənbənin sözlərinə görə, Tramp həmçinin, gələcəkdə “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsində də heç bir problem yaşanmayacağına dair Ərdoğana söz verib. 

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemlərinin avadanlıqlarla birlikdə satışını nəzərdə tutan mümkün sazişin imzalanmasına razılıq verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam