Türkiyə ABŞ-ın "S-400" tələbini rədd etdi
Ankara "S-400" zenit-raket komplekslərinin alınmasına dair Rusiya ilə imzalanan müqavilənin ləğv edilməsi barədə Vaşinqtonun tələbini qəti şəkildə rədd edib. Lakin Türkiyə bu sistemlərin istifadəsi zamanı NATO təyyarələrinin üzləşəcəyi mümkün risklərlə bağlı ABŞ-ın narahatlığını nəzərə almağa hazırdır.
Yenixeber.org: Bu barədə “Hurriyet”ə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun 4 iyundakı görüşündə bu məsələ müzakirə olunub.
Vaşinqton "S-400"lə bağlı müqavilənin ləğv olunması tələbini onunla izah edib ki, bu, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaların tətbiqinə təhrik edə bilər. Lakin Ankara bu tələbi qəti rədd edib və bildirib ki, Türkiyə "S-400" sistemlərinə ehtiyac duyur, onları alacaq və istifadə edəcək.
Ankara Rusiyanın reketdən müdafiə sistemlərinə niyə ehtiyac duduğunu bu cür əsaslandırıb: “Bizi əhatə edən bütün dövlətlər raket sistemlərinə malikdir. Əgər Suriyadakı vəziyyətə görə İranla münasibətlər pisləşsə, Tehranın Türkiyəyə raket zərbələri endirmək təhlükəsi var. O zaman Türkiyə özünü necə müdafiə edəcək?”
ABŞ tərəfi hesab edir ki, hətta "S-400" sistemlərini alsa belə, Türkiyə onlardan istifadə etməməlidir.
Həmçinin qeyd olunub ki, Donald Tramp Rəcəb Tayyip Ərdoğanı inandırmağa çalışıb ki, əvvəlki administrasiyadan fərqli olaraq, Türkiyəyə "Patriot" raketdən müdafiə sistemlərini satmağa hazırdılar. Lakin Ankara bildirib ki, əgər Tramp administrasiyası Konqressin razılığını təmin edəcəksə, "Patriot" almaq məsələsini nəzərdən keçirə bilər.
Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.
ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin nümayəndələr palatasının təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə vurğulanıb ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz.
Bundan əlavə Vaşinqton bildirib ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Lakin Çavuşoğlu bəyan edib ki, Türkiyə Amerikanın "F-35"ləri əvəzinə Rusiyanın alternativ hərbi təyyarələrini ala bilər. Həmin alternativ isə beşinci nəsil "Su-57" qırıcılarıdır.