Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ŞOYQU VƏ AKAR İDLİBƏ DAİR RAZILĞA GƏLİBMİ? –Növbəti Soçi sammiti ərəfəsində mühüm görüş

Amberin Zaman

“Əl-Monitor”, 11.02.2019

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu fevralın 14-də Türkiyə, Rusiya və İran prezidentləri arasında Soçi şəhərində keçiriləcək Suriyaya dair üçtərəfli sammitdən əvvəl türk vəzifədaşı Hulusi Akarla görüşüb.

Yenixeber.org: Akar və Şoyqu “əl-Qaidə” ilə əlaqəli olan “Heyət Təhrir əl-Şam”ın (HTS) rəqib sünni-ərəb üsyançı qrupları çıxardırmasından sonra İdlib vilayətində möhkəmlənməsini müzakirə ediblər. Görüş sonrası verilən bəyanatlarda nazirlər “iki ölkənin ortaqlığı” davam etdirmək üçün “İdlib əyalətindəki vəziyyəti sabitləşdirməli” və “təxribatlara baxmayaraq, həlledici tədbirlərin görülməli olduğunu” söyləyib.

Bəyanatda, həmçinin İŞİD-lə yanaşı, YPG və PYD ilə əlaqədar Türkiyənin “təhlükəsizlik problemləri” vurğulanıb.

Akar deyib: “Rusiya ilə hər səviyyədə əlaqələrimiz var, məqsədimiz ölkələrimizin maraqlarını və hüquqlarını, sülh, sabitlik və bölgədə atəşkəsi təmin etməkdir.” Şoyqu artıq “əsas məsələlər”in İdlib və Suriyanın kürd nəzarətində olan şimal-şərq əraziləri olduğunu açıqlayıb.

Moskva və Ankara ötən ilin sentyabr ayında imzalanan müqavilənin şərtlərini xatırladıb. Bu şərtlərə əsasən, Suriyanın hökumət qüvvələri İdlibdə geniş miqyaslı əməliyyatdan çəkinməli, Türkiyə isə HTS-i zərəriz hala gətirməlidir. Ancaq Türkiyə bu günə qədər həmin hədəfə çatmağa müvəffəq olmayıb və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəyinə görə, “terrorist qruplar” türk hərbi müşahidəçilərinin rejimi altınd oln ərazinin təxminən 70%-ində fəaliyyət göstərirlər.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova fevralın 7-də keçirilən mətbuat konfransında bildirib ki, “türk tərəfdaşlarımız üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmək üçün səylərini aktivləşdirməlidir”.

Rusiyanın ritorikasına baxmayaraq, analitiklər hökumətin İdlibə geniş miqyaslı hücumunu labüd sayırlar.

Anonimlik şərtilə “əl-Monitor”a danışan bir Qərb rəsmisi isə bildirib ki, “böyük əməliyyatın baş verəcəyini düşünmürük, bölgədə hökumət qüvvələrinin cəmləşməsi müşahidə olunmur. Hazırlıq olmadan hücum mümkün deyil. İdlib üç milyondan çox insanın yaşadığı böyük sahədir”.

Rejimin özü əyalətə nəzarəti bərpa etməyə tələssə də, “Chatham House” araşdırmaçısı Hayd Hayd “əl-Monitor” deyib ki, Rusiyanın yaşıl işığı olmadan hücum mümkün deyil. “Rusiya Türkiyə ilə əlaqələri pozmaq istəmir. Moskva Ankaranı ABŞ və NATO-dan daha çox uzaqlaşdırmaq niyyətindədir”.

Haydın fikrincə, Moskvanın geri çəkilməyə hazır olmasının digər səbəbi ABŞ-ın Suriyanın şimal-şərqində nə edəcəyi gözləntisidir. Suriyadan yeni qaçqın dalğası perspektivi Avropa Birliyini də dəhşətə gətirir.

Prezident Donald Tramp yanvar ayında ABŞ qoşunlarını kürdlərin nəzarətində olan bölgədən geri çəkəcəyini və may ayının əvvəlində bu prosesin tammlanacağını söyləyib. İdlibə rejimin hücumunu dayandırmaq qarşılığında, Türkiyənin razılığı ilə, Şam qüvvələrinin şimal-şərqə getdikcə yayılmasını təşviq etmək mümkündür.

Bu ilin yanvar ayında Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Türkiyəni kürdlərin hər hansı bir hücumundan izolyasiya etmək üçün 1998-ci ilin Adana razılaşmasını irəli sürüb. Mesajın mahiyyəti Türkiyənin kürd düşmənləri məsələsində Şama arxalanmasıdır.

Amma HTS necə olsun?

Qərbli rəsmisinin fikrincə, “HTS indi hətta Ankaranın nəzarətindən çıxıb”. Buna görə də, Türkiyə rejim və rusların hücumuna etiraz etməyəcək. Haydın sözlərinə görə, Türkiyənin hər hansı bir şeyi dayandırmaq imkanı yoxdur və rəqib xadimləri HTS-ə qarşı dəstəkləyərək, bu günə qədər o, az şey qazanıb. Eyni zamanda, HTS bölgədə möhkəmlənməyə davam edir.

Qrupun xəzinəsi də Bab al-Hava sərhəd qapısı vasitəsilə Türkiyəyə neft idxal edən “Watad” enerji şirkətinin əməliyyatları sayəsində doludur.

Nəticədə, heç kim HTS ilə məşğul olmağa hazır görünmür, onun gələcək varlığı da müəmmalıdır.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam