Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə və Rusiyanın müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

 

 

Türkiyənin müdafiə naziri, ordu generalı Hülusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiyaya səfərə gedib.

 Yenixeber.org: "Hürriyet" xəbər verir ki, onlar Soçidə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər rəsmilərlə görüşüblər.

H.Akar və S.Şoyqunun görüşündə bölgədəki vəziyyət, o cümlədən Soçidə əldə olunan razılaşmadan sonra Suriyanın İdlib ərazisindəki son durum müzakirə edilib.

Rusiyanın müdafiə naziri türkiyəli həmkarına Suriyadakı hazırki vəziyyət barədə məlumat verib və iki ölkənin tez bir zamanda vacib addımlar atmalı olduğunu vurğulayıb.

Tərəflər Suriyanın İdlib bölgəsinin silahsızlaşdırılması üzrə görüləcək işləri müzakirə ediblər. S.Şoyqu deyib ki, silahsız bölgənin yaradılması üçün Rusiya və Türkiyənin dəstəyinə ehtiyac var. 

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında cari ilin oktyabr ayının 15-dək silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində hərbsizləşdirilmişzona yaratmaq barədə qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam