Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VAŞİNQTONUN ÇAŞ-BAŞ SURİYA SİYASƏTİ:Suriya əməliyyatına hazırlaşan Ankara pat vəziyyətində qalıb - Təhlil

Stanislav Tarasov,

regnum.ru, 20.01.2019

 

Ankara və Vaşinqton meydana çıxan gərginliyi aradan götürməyə səy göstərir. Bu, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Türkiyə paytaxtına gəlmiş ABŞ prezidentinin köməkçisi Con Boltonla görüşdən imtinasından dərhal sonra ortalığa çıxıb. 

Yenixeber.org: Vaşinqton məmurunun “Amerika qoşunlarının Suriyadan çıxarılması ABŞ-la birgə İŞİD-ə qarşı vuruşanların və başqa terrorçu qruplaşmaların təhlükəsizliyinin təminatı nəzərə alınmaqla baş verməli olduğu” haqda bəyanatı qıcıq doğurub. ABŞ prezidenti Donald Tramp Türkiyəni “kürdlərə toxunacağı” halda “iqtisadi müflisləşdirmə ilə” hədələyərək tonqala benzin səpib.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu məlumat verib ki, ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparıb. Amma sonuncu türkiyəli həmkarına Vaşinqtonun “Suriyada terrorçulara qarşı əməliyyat zamanı beynəlxalq koalisiya gücləri və ABŞ-ı dəstəkləyən birləşmələri müdafiə etməyə özəl önəm verdiyi”ni təsdiqləyərək Boltonun mövqeyini rədd etməyib. Oyuna Trampa zəng edən Ərdoğan girib. O, danışıqların yekununa “tarixi” qiymət verib, amma bu “tarixiliyin” məhz nədən ibarət olduğu aydın deyil. Türkiyə prezidenti amerikalı həmkarına Menbiç haqda qabaqlar əldə edilmiş anlaşmanı xatırladıb, amma cavabında Suriyanın şimalında təhlükəsizlik zonası qurmaq təklifi alıb. Bu “telefon diplomatiyası”nın başlıca aralıq yekunu bu olub ki, Türkiyənin Fəratdan şərqdə hazırlanan hərbi hücumu qeyri-müəyyən vaxta dayanıb. Vaşinqton indi ABŞ Senatının hüquq komitəsinin sədri, Trampın “yaxın dostu” adlanan respublikaçı Lindsi Qremi Ankaraya göndərib. Qrem guya göstərməliydi ki, Vaşinqton “Suriyanın  şimalındakı hadisələr planında Türkiyə üçün hansı qırmızı xətləri” necə cızır. Yeri gəlmişkən, “The Washington Post”un yazdığı kimi, senator “Trampı  qoşunları Suriyadan çıxarmaqda, heç olmasa, bir az gözləməyə dilə tutmaq üçün hər şeyi atıb, başını tutub Ağ Evə yüyürənlərdən biriydi”. Buna görə də Türkiyədə Boltondan fərqli olaraq, Qremə hərarətli qəbul sərgilənib. О, (son yarımildə ikinci dəfə) Ərdoğan, Çavuşoğlu, milli müdafiə naziri Hülusi Akar və Milli Kəşfiyyat Təşkilatımın başçısı Hakan Fidanla görüşüb. Lakin Ankara və Vaşinqton bu söhbətlərin yekunları haqda çox simic məlumat verib.

Amerikanın səsi” senatorun yalnız “Türkiyə hökumətinin rahatsızlığını bölüşdüyü”, “çünki Suriya kürdləri içində Türkiyənin milli təhlükəsizliyinə təhdid təşkil edən ünsürlərin olduğu” haqda qabaqlar verdiyi bəyanatını yayımlayıb. Lakin “Kürdüstan Fəhlə Partiyası (PKK) Suriya qanadının döyüşçüləri Suriyada İŞİD terrorçuları təhlükəsini aradan qaldırmaqda ABŞ-a yardım edib, ABŞ isə ona yardım edənləri ata bilməz”.

Türkiyənin “Anadolu” hökumət agentliyi öz növbəsində dəqiqləşdirib: Qrem ümidini ifadə edir ki, Tramp “İŞİD terror qruplaşması tam məhv edilənə qədər Amerika qoşunlarının Suriyadan çıxarılmasını yubadacaq”. Axı bu güc üzərində “qələbə” yalnız ərazi planında əldə olunub, amma son məqsədə – tam məhvə elə də nail olunmayıb, çünki Suriya ərazisində minlərlə cihadçı döyüşçü gizlənir. Qremin sözlərinə görə, əks halda, ABŞ-ın bölgədəki müttəfiqlərini – İsrail və Türkiyəni “qorxunc ssenari” gözləyəcək.

Ankara isə Qremin yadına salıb ki, “Suriyanın Menbiçi üzrə yol xəritəsnin gerçəkləşdirilməsi çərçivəsində Vaşinqtondan kürd birləşmələrinin bu bölgədən çıxarılmasını nəzərdə tutan vədlərin yerinə yetirilməsini gözləyir”.

Türkiyə üçün Suriyada əsas rəqib İŞİD deyil. Yəni Qrem faktiki olaraq Amerika qoşunlarının Suriyadan çıxımasına qarşı çıxış edib – İŞİD məhv edilənə qədər. Eyni zamanda Türkiyə “çıxarmaq” uğrunda çıxış edir və tələb edir ki, ABŞ əvvəllər əldə edilən anlaşmaları yerinə yetirsin. Və bu, intriqaya aparan və görünür, təsadüfi olmayan fonda baş verir. Senatorun gəlişi ərəfəsində Menbiçdə terakt baş verib, nəticədə 27 nəfər, o cümlədən 5 Amerika hərbçisi həlak olub. Ərdoğan anında bildirib ki, bu aksiya “Vaşinqtonun Suriyadan qoşunları çıxarmaq qərarına təsir edə bilər”. Belə çıxır ki, cihadçıların qorunan döyüş bacarığından danışan Qrem haqlıdır?

Amma ABŞ vitse-prezidenti Mayk Pens bir daha təsdiqləyib ki, “İŞİD Suriyada enilib və Menbiçdəki hücum Suriyadan qoşunları çıxarmaq qərarının dəyişilməsinə gətirməyib”. Buradan sual yaranır – Vaşinqton Qremi Ankaraya niyə göndərib və o, Türkiyə rəhbərliyinə hansı “siqnalı” çatdırmalıdır? Britaniyanın “The Guardian” nəşri iddia edir ki, “indi Amerika kursunun kəskin dəyişikliyini təkdənbir adam mənalandırmaq bacarığındadır, çünki hələ ötən il yayda İŞİD-in tam darmadağınına qədər və İran təsirinə əks-müqavimət üçün qoşunları Suriyada saxlamaq qət olunmuşdu”. Ancaq Tramp “cihadçıların darmadağın edilməsini Suriyada olmağın yeganə səbəbi” adlandırdıqdan sonra İran amili qabaqkı sxemdən düşüb və yeni şəraitdə fəallaşdırılan kürd məsələsi ön duruma çıxıb.

Qərbin bir repertyorunun sözlərinə görə, belə bir durum Ankaranı – və təkcə onu deyil – “şalvarsız halda” yaxalayıb. Türkiyə çaş-baş qalıb. Qrem göstərir ki, “cihadçılarla çarpışmanı sona çatdırmaq” gərəkdir. Tramp məhz Ərdoğanı “bunu etməyə qabil” adam adlandırır, amma Ağ Ev sahibi bununla yanaşı, kürdlərə əl uzatmaqdan imtina etmir. Ağ Evin yüksəkməqamlı təmsilçisi isə Trampdan və baş müşavirlərindən niyə belə fərqli siqnalların çıxdığı haqda sorğuları başdan eləyir: “Qərarı prezident almalıdır və alıb. Bu onun səlahiyyətidir”.

Nəticədə Ankara hədə gəlməyə başlayır, amma öz torpağından Suriya kürdlərinə qarşı əməliyyata start verə bilmir. Nəticədə Suriya geopolitik bərabərliyində bilinməz kəmiyyətlər həddindən artıqdır və yeniləri meydana çıxır.

Türkiyə Suriyada və çevrəsindəki durumu özünəməxsus anlayır, Ankara üçün əsas qərar seçimi sadə görünmür. “The Washington Post”un qeyd etdiyi kimi, “hər şey son dərəcə dolaşıq düşüb, Vaşinqton bir yandan bildirir ki, terrorizmlə döyüş sürdükcə geri çəkilməyəcək, o biri yandan Suriyadan qoşunları çıxarmaq qərarı alır”.

Pompeo isə Misirdə bildirib ki, “Amerika geri çəkilərkən xaos qalır, dostlar müsibət və sevməzlikdə qalır”.

Ərdoğana hansı yeni gedişlərin gərəkliyi, aydınlıq və dərk lazımdır.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam