Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BOLTONUN İFLASA UĞRAYAN TÜRKİYƏ MİSSİYASI:Ankara-Moskva oxu Suriyada güclənməyə məhkumdur – Təhlil

Stanislav Tarasov

regnum.ru, 08.01.2019

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ prezidentinin Ankarada səfərdə olan milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonu qəbul etməkdən imtina edib. Bu haqda Türkiyənin Haber TURK telekanalı xəbər verib. İmtinanın səbəbi Türkiyənin “Suriyanın şimalında kürdləri qətlə yetirdiyi” haqda Boltonun sözləri olub. 

Yenixeber.org: Amerika prezidentinin köməkçisi Ankaranı tərk edib.

O, Türkiyə paytaxtına İsraildən gəlib. Onu ABŞ qərargah rəisləri birləşmiş Komitəsinin sədri Cozef Danford və dövlət katibinin  Suriya üzrə özəl təmsilçisi Ceyms Ceffri müşayiət ediblər. Ankara bu danışıqları “böhranlı” kimi dəyərləndirib. Vaşinqton bildirib ki, Türkiyə-Amerika danışıqlarının gündəliyində Suriyadakı durumdur.  Daha doğrusu, Vaşinqtonun dəstəklədiyi, böyük bölümünü kürd dəstələrinin təşkil etdiyi Suriya Demokratik Gücləridir. Türklər bununla yanaşı əvvəlcə hesab edirdilər ki, Bolton Yaxın Şərq turnesinə məhz Ankaraya səfərdən başlayacaq. Axı Ərdoğan NATO-da və İŞİD-lə mübarizə üzrə amerikalıların başçılıq etdiyi koalisiyada tək-tük adamdan biriydi ki, ABŞ prezidenti Donald Tramp Ameika qoşunlarının Suriyadan çıxarılmasının hazırlandığı haqda ona gizlicə xəbər vermişdi. Türkiyə bundan sonra Suriyanın şərqində döyüş əməliyyatını təxirə salmışdı. Hətta Dövlət Departamenti İŞİD-lə mübarizədə qabaqkı özəl təmsilçi Brett Makqerkin  istefaya getdyini bildirib – Ankara onu Türkiyədə terrorçu elan edilmiş Kürdüstan Fəhlə Partiyasına (PKK) və kürd Xalq Özünümüdafiə Dəstələrinə (YPG) dəstək verməkdə ittiham edərək istefasını təkid edirdi. Nəhayət, Türkiyənn bir çox KİV-ləri “The Washington Post” üzərindən buraxılan versiyanı cəld göydə tutdu ki, Vaşinqton “qoşunlar Suriyadan çıxarılandan sonra İŞİD-dən azad edilən torpaqları Türkiyənin idarəçiliyinə vermək niyyətindədir” və guya “indi Suriya kürdlərini kimin və necə tərki-silah edəcəyi və sonra bu silahın  kimə çatacağı haqda diskussiya aparılır”, “Ərdoğan isə Trampı udur”. “The Wall Street Journal” bununla bağlı iddia edib ki, “Türkiyə Suriyada İŞİD-lə mübarizədə əsas rolu öz üzərinə götürməkdən ötrü ABŞ-ın ona əsaslı hərbi yardım göstərməsini istəyib”.

Söhbət aviasiya, nəqliyyat və logistika dəstəyindən gedir. Ekspertlər hesab edirlər ki, Ankaranın tələbi o qədər genişdir ki, Vaşinqton bunu tam yerinə yetirməyi kəsdirsə, onda “Suriyada hərbi iştirakı azaltmayacaq, yalnız genişləndirəcək”.

Hətta türklər İrana qarşı tətbiq edilmiş sanksiyalara baxmayaraq, amerikalıların Tehranla qapalı, ya da açıq danışıqlara girişməyə dəfələrlə cəhd göstərdiyi haqda məlumat alanda bu dialoqda vasitəçi olmağa, amma, Yaxın Şərq Texniki Universitetinin  beynəlxalq münasibətlər professoru Hüseyn Bağçının əmin olduğu kimi, əvəzində müəyyən siyasi və ya geopolitik güzəştlərə ümid edirdilər. Amma Bolton Yaxın Şərq turnesinə İsrailə səfərdən başlayandan sonra bu ilğımlar sürətlə dağılmağa başladı. O, burada bütünlükdə bölgədə durum üzrə danışıqlar aparıb, Suriya haqda isə bildirilib ki, “Amerika qoşunlarının Suriyadan elan edilmiş çıxarılması elə həyata keçirilməlidir ki, bu zaman İsrailin və Vaşinqtonun bölgədəki başqa müttəfiqlərinin təhlükəsizliyi təmin edilsin”.

Başqa, daha konkret bəyanatlar da gəlib – aydın olur ki, ABŞ-ın mövqeyi hiss olunacaq dəyişikliyə uğramağa başlayıb. Prezidentin köməkçisi məlumat verib ki, “Türkiyə kürdlərin təhlükəsizliyinə zəmanət verməyə razılaşana qədər Amerika hərbçiləri Suriyanın şimali-şərq bölümündə qalacaq”.

Bu, bir. Və ikincisi. Bolton bəyan edib: “Əgər ABŞ-la uzlaşdırılmırsa və ya kooperasiyada aparılmırsa, biz hesab etmirik ki, Türkiyə hərbi əməliyyat keçirməlidir. Ən azı, bizim hərbçilərimizi təhdid etməmək və Suriyanın bizimlə birgə vuruşan müxalif güclərinin təhlükəyə məruz qalmamalı olduğu haqda ABŞ prezidentinin tələblərinə uyğun gəlməkdən ötrü”.

Bu qayda ilə onun sözləri Amerika qoşunlarının Suriyadan çıxarılması prosesinin ləngidilməsinin ilk ictimai təsdiqi olub. Və Ankara Vaşinqtonun onun imkanlarını təkcə geniş manevr xatirinə daraltmadığını anlayaraq hiddətlənib.

Türkiyədə iddia edirlər ki, ABŞ etnik kürdlərlə Xalq Özünümüdafiə Qüvvələrindən “terrorçular” arasında fərq qoymadan ümumiyyətlə kürdləri onlara qarşı qaldırır. Eyni zamanda, kürd saytlarının xəbər verdiyi kimi, “Amerika qoşunları çıxarılandan sonra Vaşinqtonun dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” Suriya kürdlərinin Dəməşqlə sövdələşməsi çərçivəsində Suriya ordusuna inteqrasiya oluna bilər”, SDQ təmsilçisi isə hesab edir ki, “tərəflər arasında belə bir anlaşma qaçılmazdır”, hazırda “Mənbic şəhərinin idarə edilməsi üzrə yekun formul hazırlanması üçün danışıqlar aparılır”.

O habelə qeyd edib ki, “Suriyaya kürdlərin hüquqlarına zəmanət verən yeni Konstitusiya gərəkdir”. Eyni zamanda məlumat meydana çıxıb ki, Rusiya hərbi polisi Türkiyə sərhədinin yaxınlığında Suriyanın Hələb əyalətinin torpaqlarında gözətçiliyə başlayıb, ABŞ isə öz hərbi kontingentini Suriyadan çıxarmağa hazırlıq məqsədilə İraqın Kərkük əyalətindəki hərbi bazasını genişləndirmək niyyətindədir.

Boltonun Ankara səfərindən qabaq gələn kəskin novellanın başqa süjetlərini də göstərək. Türkiyə prezidentinin mətbuat xidməti xəbər verib ki, ölkə başçısının yanvarda “həmkarı Vladimir Putinlə görüş qəsdilə” Rusiyaya səfəri haqda qərar çıxarılıb. Türkiyənin “Yeni Safak” nəşri məlumat verib ki, “ Vaşinqton Ankaraya “Patriot” kompleksini tədarük edərsə, Ankara Vaşinqtonun Rusiyadan S-400 zenit-raket kompleksini almamaq təklifini qəbul etməyib”. Ərdoğanın “The New York Times”da məqaləsi də gedib – o, iddia edib ki, “Türkiyə qoşunları Suriyanı tərk etməyəcək”, “Amerika qoşunlarının çıxışı diqqətlə planlaşdırılmalıdır və ABŞ-ın maraqlarını qorumaq üçün düzgün tərəfdaşlarla həyata keçirilməlidir”.

Güman edirik ki, Ərdoğanın kimi “düzgün tərəfdaş” saydığını şərh etməyinə dəyməz. Buna görə də Boltonun Ankaraya gəlişi ərəfəsində dayanıqlı duyum yaranıb ki, onun Türkiyə tərəfiylə danışıqları çətin ki, yolaçar  olsun.

Regnum İA Türkiyənin informasiya kanallarıyla ABŞ prezidenti köməkçisinin səfərini izləyib. Əvvəlcə məlumat gəldi ki, Amerika heyətini Türkiyə prezidentinin rəsmi təmsilçsi İbrahim Kalın qəbul edib O, Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Sədat Önal, milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu, Milli Kəşfiyyat Təşkilatı başçısının müavini Cəmaləddin Çəlik və başqa rəsmiləri dəvət edərək rəhbər rol oynayıb. CNN Turk kanalının məlumatlandırdığı kimi, danışıqlar prezident kompleksində (!) bağlı qapılar dalında gedib və 2 saat 10 dəqiqə çəkib. Söhbət çox gərgin olub. Sonra Ərdoğan Ədalət və İnkişaf Partiyası (ƏİP) parlament fraksiyası qarşısında çıxış edərək bildirib ki, “Boltonun tələbləri qəbuledilməzdir”.

Türkiyənin efirdə görünən bəzi ekspertləri Makqerklə olduğu kimi Ərdoğanı Trampdan Boltonun istefasını tələb etməyə çağırıblar.

Türkiyə nəşrləri bundan sonra Boltonun Ərdoğanla görüşünü prinsipcə şübhə altına almağa başlayıb, çünki “bu danışıqlar nəticə gətirməz, Ərdoğanın isə yalnız Trampla anlaşması gərəkdir”. Belə ki, iki prezidentin – Türkiyə və ABŞ-ın – necəsə qəribə bir “iki nəfərin fokstrotu” alınır.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam