Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rursiya və Azərbaycan İranın müdafiəsinə qalxacaq-

 

Ankara, İranla əməkdaşlıq etməyə davam edəcək ölkələrə iqtisadi məhdudiyyətlər qoyulacağı barədə ABŞ-ın ciddi xəbərdarlığına baxmayaraq, Tehranla ticarətini və ticarət əlaqələrini dayandırmaq niyyətində deyil.

Yenixeber.org: Buna minnətdarlıq cavabı olaraq, İran İslam Respublikasının hakimiyyəti Türkiyənin enerji resurslarları üzrə ehtiyaclarını tamamilə təmin etməyə söz verib.

Ankarada keçirilən Türkiyə-İran biznes forumunda çıxış edən prezident Həsən Ruhani ölkəsinin, Türk sərmayələrinin cəlb dilməsini, xüsusən də neft-kimya sənayesi sahəsində, gözlədiyini söyləyib.

 

Vaşinqtonun sanksiyalar siyasətini isə "zalım və ədalətsiz bir embarqo" adlandıran Ruhani onu da etiraf edib ki, sanksiyalar iqtisadiyyata zərər verə bilər.

Bununla belə, İran prezidenti hesab edir ki, Tehran "onları öz xeyrinə döndərə bilər". Və bunda o, Ankaraya son rolu ayırmır.

Onun sözlərinə görə, bu çətin dövrdə Türkiyə və İran aralarındakı əlaqələri möhkəmləndirməlidir və "iqtisadiyyatlarını tək bir bütöv hala çevirməlidirlər ki, heç kəs onları zəiflədə bilməsin".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, Ankaranın Tehranı, ona qarşı ədalətsiz qərarlar alındığı bir vaxtda tək qoymayacağına və planlaşdırıldığı kimi, Türkiyə-İran ticarət dövriyyəsini 30 milyard dollara çatdıracağına söz verib.

Bu arada bir çox ekspert və analitiklər Ankaranın cəsarətini çox riskli hesab edirlər. Xatırladırlar ki, Rusiya və Çin kimi nəhəng dövlətlər belə Vaşinqtona qarşı çıxmadılar.

İrana qarşı tətbiq olunan sanksiyaların və itaətsiz şəxslərin cəzalandıracağı barədə təhdidlərin onları qorxutmadığına dair ilkin şərhlərinə baxmayaraq, Çin Milli Neft və Qaz Korporasiyası və bundan sonra “Rosneft” də Tehranla ticarət əlaqələrini dayandırdı və planlaşdırılan layihələri həyata keçirməkdən imtina etdi. Rusiyanın dövlət şirkəti “Zarubezhneft” də təslim oldu.

Doğrudur, İran Milli Neft Şirkətinin tədqiqat və texnologiyalar üzrə keçmiş rəhbəri Məhəmməd Əli Əmadi optimistdir və bütün bunların müvəqqəti olduğunu düşünür. Onun fikrincə, indi Çin və Rusiyanın neft və qaz şirkətləri ABŞ-da öz aktivlərini təhdid edən ziyana görə narahatlıq keçirirlər, lakin siyasi vəziyyət dəyişdikdən sonra "bəziləri İranla əməkdaşlığı bərpa edəcəklər".

Türkiyənin qərarını isə Əmadi təbii ki, alqışlayır və "Tehranın Ankara ilə bir çox anlaşılmazlığına baxmayaraq" iki ölkə arasında səmərəli əməkdaşlığı qabaqcadan görür.

Bununla yanaşı, Azərbaycan da İranla birgə layihələri məhdudlaşdırmayacaq. “Xəzər Barel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın virtualaz.org-a dediyi kimi, sanksiyalar, Azərbaycanın İranla iqtisadi əlaqələrinə müəyyən bir şəkildə təsir etsə də, bu əlaqələr sonra da inkişaf edəcək.

"İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına olan ümumi sərmayəsi hazırda 3,1 milyard dollar səviyyəsində qiymətləndirilir. Birgə əsas infrastruktur layihələri, xüsusilə də Şimal-Cənub dəmir yolunun tikintisi və daha bir neçə layihə həyata keçirilir. Ölkələrimizi bağlayan bir çox şeylər var, ona görə də düşünmürəm ki, Amerika sanksiyaları üzündən hər şey dayandırılacaq”, - deyə eksperti əminliklə vurğulayıb.

Beləliklə, Türk dövlətlərinin - Türkiyə və Azərbaycanın mövqeyi əslində, qonşu ölkənin iqtisadiyyatını xilas edir. Ehtimal olunur ki, İran bunu qiymətləndirəcək və özünü səmimi dost və müttəfiq kimi göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam