Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

“BU, PUTİNİN SONUNCU PREZİDENTLİK MÜDDƏTİDİR”- Alman professor:"Qərb Rusiyayla açıq qarşıdurmaya getməmək üçün hər şey edir"



“Deutsche Welle”,

(Almaniya)

Yenixeber.org: Professor Manfred Hildermayer (Manfred Hildermeier) Rusiya üzrə ixtisaslaşmış ən yaxşı alman tarixçilərdən hesab olunur. Rusiya və SSRİ ilə bağlı bir çox fundamental materialların müəllifi olan Hildermayer hazırda Gettingen universitetində Şərqi Avropa tarixi kafedrasına rəhbərlik edir. DW-yə müsahibəsində Manfred Hildermayer Putinin yeni prezidentlik müddəti ilə bağlı gözləntilərindən danışıb və bu müddətin Kremlin sahibi üçün sonuncu olduğuna dair qənaətinin nədən qaynaqlandığına aydınlıq gətirib.

– Vladimir Putin dördüncü dəfə prezident postunu tutmuş oldu. Sizcə, bu müddət necə olacaq?

– Hesab edirəm ki, əvvəlki siyasətin davamı olacaq. Sistem daha da avtoritarlaşacaq və açıq diktaturanın kəndarından da keçməyəcək. Putinə bu lazım deyil. O, təkcə Qərbin yox, bütün dünyanın gözündə demokrat libasını qorumalıdır. Ehtimal ki, bu, müəyyən qədər onun keçmişi ilə bağlıdır. Unutmaq lazım deyil ki, o, demokrat kimi başlayıb – Sankt-Peterburq meriyasında.

– Martın 1-də Federal Məclisə müraciətində Putin yeni prezidentlik müddətinin proqramını təqdim etdi. Əsas mesajlardan biri o idi ki, Rusiya texnoloji sıçrayışa imza atmalıdır. Bu mümkün olacaqmı?

– Putində bu alınmayacaq. Uzun zamandan bəri bu sistemin “Axilles dabanı” iqtisadiyyat və dünya bazarında rəqabət qabiliyyətli ola bilməkdir. Rusiyanın problemi xammal, neft və qaz ixracı ilə bağlı böyük asılılıqdır. Bu resurslar isə dünya qiymətlərindən asılıdır.

Putinin proqramında Rusiya öz təcridinə, öz köklərinə söykənir. Bu da proqramın reallaşma ehtimalının yüksək olmadığını ortaya qoyur. Bu halda hökumət sisteminin saxlanılmasında problem yaranır. Bu o vaxt mümkündür ki, xarici düşmən obrazı yaradılsın. Deməli, 2014-cü ildən müşahidə etdiyimiz aqressiv xarici siyasət yürütməklə qüdrətli rus-şovinist siyasəti bundan sonra da davam edəcək.

– Qarşıdakı 6 ildə Rusiya-Qərb münasibətlərində yaxınlaşma mümkündürmü?

– Əvvəlki kursun davam edəcəyi fikrindəyəm. Bu da faktiki olaraq soyuq müharibə deməkdir. Baxmayaraq ki, bütün siyasətçilər bunu inkar edir. Əgər televiziyaya baxsaq, görərik ki, əsas düşmən ABŞ-dır. Və onunla eyni səviyyədə olmaq lazımdır. Necə ki indi Suriyada nümayiş etdirilir. Bu konfrontasiya davam edir.

– 2014-dən sonra Qərb Rusiyaya qarşı yeni yanaşma müəyyənləşdiribmi?

– Mən belə bir konsepsiya görmürəm. Qərb bugünədək gözləməkdədir və Rusiyayla açıq qarşıdurmaya getməmək üçün hər şey edir. Bunu Rusiyasız həlli mümkün olmayan münaqişələrdə də görmək olar. Bu təkcə Suriya savaşı deyil, həm də Ukraynanın şərqindəki münaqişədir.

– Sizcə, Rusiyadakı siyasi sistem nə dərəcədə stabildir? Bəzi rusiyalı müxaliflər Ermənistana həsədlə baxır. Onminlərlə nümayişçi hakimiyyəti dəyişə bildiyi üçün…

– Demək çətindir. 2011-ci ilin sonları 2012-ci ilin əvvəlində gördük ki, Rusiyada internetin köməyi ilə insanları kütləvi şəkildə necə təşkilatlandırmaq olur. Sonradan Putin çox kəskin raksiya verdi və hardasa məzar səssizliyini bərpa etdi. Əlbəttə, Putinin əlində dövlətin bütün güc mexanizmləri var. Düşünmürəm ki, qarşıdurma şəraitində müxalifətin hansısa şansı olacaq. Putin vəziyyətə nəzarət edir. Üstəlik də heç vaxt birləşməyən müxalifət liderləri ya mühacirət etməyə məcbur olur, ya da Boris Nemtsov kimi öldürülür. Sadəcə bloqçu Aleksey Navalnının ətrafında müxalifət var. Amma inanmıram ki, o, küçələrə hakimiyyətə təhlükə yaradacaq səviyyədə insan çıxara bilər. Bəlkə bunu böyük şəhərlərdə elə bilər. Amma əyalətdə yox. Rusiyada isə əyalətlər çox böyükdür. Putin bilir ki, onun idarəçiliyi əyalətə söykənir.

– Rusiya konstitusiyasına əsaslansaq, bu, Putinin axrıncı prezidentlik müddətidir. 2024-də o ya getməli, ya da konstitusiyanı dəyişməlidir. Sizin proqnozunuz nədir?

– Fikrimcə, hakimiyyət dəyişikliyi olacaq. Hakimiyyət hakim elitanın loyal üzvünə ötürüləcək. Putinin konstitusiya dəyişikliyinə gedəcəyinə inanmıram. Bu, ölkə üçün problem olar. Əgər o, bu variantdan imtina etsə, bu o deməkdir ki, növbəti dəfə o, 2030-cu ildə namizəd ola bilər. Putin buna getməyəcək.

Xaricdə olanlardan kiminsə, məsələn, Mixail Xodorovskinin hakimiyyətə gəlmək şansının olduğuna inanmıram. Böyük ehtimalla bu adam indiki elitadan olacaq.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam