Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

PKK-nın cəsəd ticarəti:Bir meyitin qiyməti 45 min manatdır

PKK-nın cəsəd ticarəti:

 

 

 

Amerikanın bombardımanla xarabaya çevirdiyi Raqqa şəhəri bugünlərdə cəsəd ticarətinə səhnə olur. Yüzdə 87 faizi xaraba olan qədim şəhərin dağıntıları altında minlərcə sivil vətəndaşların cəsədləri var

 

Yenixeber.org: Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən bildirir ki, qətliamı fürsətə çevirən PKK terrorçuları bombardımanda evlərinin, iş yerlərinin dağıntıları altında qalaraq can verən raqqalıların ailələrini taparaq onlardan pul istəyir. Dağıntılardan çıxaracaqları hər cəsədə görə milyonlarca Suriya pulu tələb edən terrorçular acılı ailələrə "sümükləri təhlükəsiz şəkildə basdırmaq" vədi verir. "Yeni Şafak" raqqalı köməksiz ailələrlə reportaj hazırlayıb. Acılı ailələr, hələ ki, heç bir sivil vətəndaşın getməsinə izn verilməyən Raqqada PKK-ABŞ ittifaqının çirkli üzünü və davam edən cəsəd ticarətini anladıb.

3 min adam dağıntılar altında qalıb

Raqqada hazırda 3 mindən çox cəsədin dağıntılar altında olduğu təxmin edilir. PKK-nın dəfn qarşılığında çoxlu pul istədiyi adların başında 67 yaşlı suriyalı tanınmış həkim Kays Seyid Əhməd gəlir. "Doktor Əhməd"in qardaşı Kahtan Əhməd qardaşının nəşinin dəfni üçün PKK-nın 4,5 milyon Suriya pulu istədiyini söyləyib. Hazırda 4-5 milyon Suriya pulu isə 100 min Türkiyə lirəsinə, təxminən 45 min Azərbaycan manatına bərabərdi. Müharibənin davam etdiyi Suriyada hazırda 600-700 min Suriya puluna yaxşı bir ev alına bilər.

Sabiq prokurorun cəsədini pulla satdılar, 6 aydan sonra dəfn edildi

Raqqada öldürülənlər arasında Suriya sabiq baş prokuroru İbrahim əl-Qarraf da var. O, 16 iyul 2017-ci ildə həkim Seyyid Əhməd və həkim Ələddin Hammam ilə eyni taleyi yaşayaraq Raqqadakı evində yenə ABŞ bombardımanlarıyla öldürülüb. Qarrafın qohumlarından Ümmi Süleym, terrorçuların alçaq təklifini və cəsədin təslimi barədə detalları "Yeni Şafak"a danışıb. Türkiyədə məktəbdə müəllim işləyən Ümmi Süleym sabiq prokurorun cənazəsinin verilməsi qarşılığında PKK-ya 5 milyon Suriya pulu ödədiklərini deyib: "PKK-nın Raqqadakı təmsilçisi bizdən 5 milyon Suriya pulu istədi. O an qanım dondu", - deyən Süleym Qarrafın nəşini öldükdən 6 ay sonra dəfn edə bildiklərini qeyd edib. Təbii ki, PKK-nın şərt olaraq irəli sürdüyü pul ödənildikdən sonra...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam