Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran vətəndaş müharibəsinə doğru:Onlar da küçələrdə

İran vətəndaş müharibəsinə doğru:

 

 

İranda hakimiyyəti dəstəkləyən on minlərlə insan bu gün səhər saatlarında küçələrə çıxıb

 

Yenixeber.org: Ölkənin ən böyük şəhərlərində hakimiyyətə dəstək nümayişləri keçirən insanlar “Liderimiz, biz hazırıq!”, “Rədd olsun ABŞ”, “Rədd olsun Səudiyyə Ərəbistanı” və “Rədd olsun fitnəçilər!” kimi şüarlar səsləndiriblər.

Nümayişçilər polislərdən də onlara qatılmasını istəyib. Nümayişlərin ölkənin ali dini lideri Xameneinin “İranın düşmənləri savaş çıxarmaq istəyir” şəklindəki bəyanatından sonra başlaması diqqət çəkir.

Ekspertlər hesab edir ki, İranda hakimiyyət əleyhdarları ilə tərəfdarlarının toqquşma ehtimalı olduqca böyükdür. Bu toqquşmaların hətta vətəndaş müharibəsi ilə nəticələnə biləcəyi proqnozlaşdırılır.

İranda dekabrın 28-də ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başladığı etiraz aksiyaları hazırda demək olar ki, bütün ölkəni bürüyüb. 25-dən çox şəhəri bürüyən aksiyalara Cənubi Azərbaycan şəhərləri də qoşulub.

Etiraz aksiyaları zamanı bahalaşmaya, Suriyadakı müharibəyə etiraz edilir, ali dini lider Xameneinin istefaya getməsi istənilir. Kütləvi etirazlar zamanı 450-dək insanın saxlandığı, 20-dək şəxsin öldüyü bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam