Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Səfirliklərimiz bu il necə işlədi?- Politoloq qiymət verdi

 

Səfirliklərimiz bu il necə işlədi? - Politoloq qiymət verdi

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin üzərinə ölkəmizin maraqlarının müdafiəsi, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği baxımından böyük iş düşür.

Yenixeber.org: Başa vurmağa hazırlaşdığımız 2017-ci ildə səfirliklərimiz hansı işləri gördülər, nə ilə yadda qaldılar?

Politoloq, sabiq diplomat Fikrət Sadıqov AzVision.az-ın sualına cavabında deyib ki, 2017-ci il üçün səfirliklərimizin fəaliyyətini qənaətbəxş hesab etmək olar. Politoloq hesab edir ki, 2017-ci il xarici siyasətimiz üçün uğurlu ildir. 

“Azərbaycanın diplomatik nümayəndəlikləri bu il bir sıra problemləri həll edərək dövlətimizin maraqlarına cavab verən addımlar atıblar. Onlar Azərbaycanın xeyrinə olan ardıcıl fəaliyyət göstəriblər. Bəllidir ki, Azərbaycanın xarici siyasəti Bakıda müəyyən olunur. Səfirliklərimiz isə icraçılardır. Bir sıra aparıcı ölkələrdə – Rusiya, ABŞAvropa ölkələrindəki səfirliklərimiz bu il kifayət qədər keyfiyyətli işlər həyata keçiriblər. Bəzi ölkələrlə münasibətlərimizdə müəyyən problemlər vardı. Bu məsələlərin həllində səfirliklərimizin rolu böyükdür”. 

Politoloqun sözlərinə görə, Azərbaycan 2017-ci ildə də çalışıb ki, heç bir qütbə söykənməsin. Səfirliklərimiz vasitəsilə buna nail ola bilmişik. 



“Aparıcı ölkələrlə münasibətlərimiz yaxşı formatda inkişaf edir, bir sıra mühüm layihələrə imza atmışıq. Burada sözsüz ki, səfirliklərin rolu böyükdür. 

"Qazanılan uğurlar çoxvektorlu, balanslaşdırılmış siyasətimizin əsas göstəriciləridir. Səfirliklərimiz Azərbaycanı layiqincə təmsil və təbliğ edirlər, bu istiqamətdə mütəmadi tədbirlər keçirirlər. Dünya ictimaiyyətinə Xocalı faciəsi, Dağlıq Qarabağ məsələsi ilə bağlı kifayət qədər geniş məlumatlar verilib, ciddi bəyanatlar qəbul olunub. Bir sıra ölkələrin Xocalını soyqırım kimi tanımasına nail olunub. Bu, xarici siyasətimizin uğurudur, oradakı nümayəndəliklərimizin fəaliyyətinin nəticəsidir. Əsas odur ki, bizim marağımıza uyğun hadisələr baş versin. Diplomatik fəaliyyət çox mürəkkəbdir. Burada bir sıra incəliklər var. Hesab edirəm ki, bu il diplomatik nümayəndəliklərimiz bir sıra problemləri həll edərək Azərbaycanın maraqlarına cavab verən işlər görüblər. Ümumilikdə səfirliklərimizin bu il üçün gördüyü işləri müsbət qiymətləndirmək olar”. 

Elvin Abdulqədirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam