Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Xaosu idarə etmək siyasəti artıq geridə qaldı” -Sabiq xarici işlər naziri

tofiq-zulfuqar-22

“2016-cı ildə dünya və Azərbaycan üçün ən əhəmiyyətli məsələ o oldu ki, xaosu idarə etmək siyasəti artıq geridə qaldı. İnsanların çoxu ümid edir ki, ki, bu geridə qalıb. Əvəzində dövlətlərarası yeni münasibətlər modeli yaranacaq. Bu da ümid yaradır ki, konfliktlər ardıcıl sürətdə, addım-addım həll ediləcək.

Xeberinfo.com:   Bunu 2016-cı ilin yekunlarını qiymətləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-a açıqlamasında deyib: “Fikrimcə, Donald Trampın ABŞ-da seçkiləri udması və növbəti prezident seçilməsi də buna müəyyən ümidlər yaradır. Təbii ki, Tramp indi dünyada müşahidə edilən siyasəti qəbul etmir. Hər halda onun bəyanatları bu istiqamətdədir”.

Sabiq diplomat hesab edir ki, dünyada beynəlxalq əlaqələrin nizamlanması artıq gündəmə gəlib: “Hesab edirəm ki, bu çox vacib məsələdir. Çünki buna qədər biz müşahidə etdiyimiz dünya, daha doğrusu, fövqəldövlətlər, xüsusilə ABŞ dünyada sülhün və stabilliyin bərqərar olması deyil, xaosun idarə etməsi cəhdlərinə üstünlük verib. Fikrimcə, artıq dünya bunu qəbul etmir. Mənim zənnimcə, 2016-cı il üçün əsas yenilik bundan ibarətdir”.

 

Tofiq Zülfüqarov hesab edib ki, 2016-cı ildə Azərbaycanda da yadda qalan hadisələr olub: “Təbii ki, Aprel döyüşləri 2016-cı ildə ən yadda qalan hadisədir. Bu, Azərbaycan, onun həssas problemi olan Qarabağ probleminin çözümü istiqamətində ən böyük hadisə olub. Allah şəhidlərimizə rəhmət etsin. Onlar öz qəhrəmanlığı ilə sübut ediblər ki, həm düşmənlə, həm də vasitəçilərin nə düşünməsindən asılı olmayaraq, Azərbaycan heç vaxt status-kvonu qəbul etməyəcək.

İkincisi, Azərbaycan dövləti və xalqı Dağlıq Qarabağ naminə vuruşmağa hazırdır. Mən hesab edirəm ki, bizim üçün 2016-cı ildə ən mühüm hadisə bundan ibarətdir”.

Sabiq nazir 2017-ci ildən gözləntilərini də açıqlayıb: “Təbii ki, hər bir insan kimi biz də yaxşılıqların, müsbət tendensiyaların olacağına inanmaq istəyirik. Təəssüflər olsun ki, arzu və ümidlər bir, həqiqət isə tam başqa bir reallıqdır. Hesab edirəm ki, 2017-ci ildə dünyada konfrontasiyaya deyil, əməkdaşlığa üstünlük veriləcək.Bir məqamı qəbul etmək lazımdır: dünyada dövlətlər və xalqlar müxtəlifdir. Müxtəliflik heç də pis əlamət deyil. Əslində dünyada gözəlliyi yaradan və inkişafa aparan da müxtəliflikdir. Bu müxtəlifliyi nəzərə alaraq müxtəlif formasiyaların nümayəndələri bir-birilə əməkdaşlığı gücləndirib daha yaxşı dünya yarada bilərlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam