Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

MYANMA SƏFİRİNİN AÇIQLAMASI İSRAİLİ QARIŞDIRDI–Yəhudi dövləti etnik təmizləmənin aparıldığı ölkəyə silah satışını danır

Herb Keinnon

“Jerusalem Post” (İsrail)

 

Yenixeber.org: Cümə axşamı “Ordu Radiosu” İsrailin Myanmar ilə son aylarda silah müqaviləsi imzaladığını elan etdikdən bir neçə saat sonra Myanmanın İsraildəki səfiri Maunq Maunq Linn xəbəri təkzib edib və söylədiyi fikirlərə görə üzr istəyib.

İsrail Xarici İşlər Nazirliyinin açıqlamasında isə deyilir: "İsrail Myanmara silah satmır”.

Nazirliyin bəyanatında deyildiyi kimi, müsahibədən dərhal sonra XİN-in Asiya və Sakit okean ölkələri üzrə bölməsinin baş direktor müavini Gilad Koen səfir Maunq Maunq Linlə danışıb, diplomat üzr istəyib və şərhini geri götürüb.

XİN-in bəyanatına əsasən, səfir bir neçə gün əvvəl də bənzər şərhlərə görə məzəmmət olunub.

Elçi müsahibəsində səfir olduğu müddətdə yeni bir müqavilənin imzalanacağını söyləyib.

Maunq Maunq Linn fövqəladə və səlahiyyətli səfir vəzifəsini 2016-cı ilin avqust ayından icra edir.

Xarici İşlər Nazirliyi son iki ayda artıq ikinci dəfədir ki, insan haqları qruplarının etnik təmizləmə və insan haqlarının pozulması, o cümlədən qəsb, təcavüz və qırğınlar daxil olmaqla, ölkənin şimal-qərbindəki Rohinya əyalətində zorakılığa məruz qaldıqdan sonra, Banqladeşin cənubuna təxminən 400 min Rohingya müsəlmanının köçünün yaşandığı Myanmaya silah satışının təkzib edən bəyanat yayıb.

Oktyabr ayında nazirlik, "Myanmanın Rohinya bölgəsindəki faciədə iştirak iddiası ilə mediada yayılmış saxta hesabatları qəti şəkildə təkzib edirik", – cümləli bəyanat verib.

Həmin bəyanat öncəsi "Haaretz" qəzetində "İsraillilər anti-Rohinya etnik təmizləmə kampaniyası zamanı Myanmaya modern silahlar satdı" başlıqlı məqalə dərc edib."Əl-Cəzirə"nin internet səhifəsində də "İsrail silah ticarəti ilə qaranlıq rejimi qoruyur" başlıqlı məlumat yerləşdirib.

Nazirliyin bəyanatında deyilir ki, "İsrailin müdafiə məmulatları ixracatına nəzarət məqsədi ilə hədəf ölkədə insan haqlarının vəziyyəti, həmçinin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq orqanların siyasəti nəzərə almaqla, müxtəlif meyarlar əsasında müntəzəm olaraq yoxlamalar keçirir".

Eytan Mak, İsrailin Myanmaya silah satışını sonlandırmaq üçün səy göstərən insan haqları müdafiəçisi bu bəyanatın yetərli olduğuna inanmır. Maunq Maunq Linn ilə aparılan müsahibədən sonra o, İsrail ictimaiyyəti adından səfir və nazirlik arasındakı mübahisədə kimin doğru olduğunu müəyyən edə biləcəyini sorğulayıb.

"Nə üçün Xarici İşlər Nazirliyi sadə və əxlaqi cəhətdən düzgün bir bəyanat vermir ki, İsrail, cümlədən ABŞ və Avropa silah embarqosunun olduğu müddətdə orada törədilən cinayətlərə kömək edə biləcək müşahidə avadanlıqları satışı və hərbi təlimi dondurub? – deyə o soruşur. –Göründüyü kimi, Xarici İşlər Nazirliyi belə bir bəyanat verməkdə maraqlı deyil".

Sentyabrın sonlarında Ali Məhkəmə İsrailin Myanmaya silah satışını dayandırmaq üçün iddia ilə bağlı qərar çıxarıb. E.Mak ərizəçilərdən biri idi.

İsrail silah satışını nəzarət edən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, İsrail 2015-ci ildə Myanma patrul gəmilərini satıb və bu, İsrailin 2007-ci ildən bu ölkəyə satdığı yeganə silahdır.

Myanmarın aldığı silahların 70%-nin əsas təchizatçısı Çindir. Onu 19%-lə Rusiyanı təqib edir və 4,5%-lə Belarus üçüncü yerdədir. Bu üç ölkə Myanma silahlarının 93,5%-inin təchizatçısıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam