Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bakı-2015 brendə çevriləcək“

 

İsrail səfiri Bakıda keçiriləcək Avropa Oyunlarını şərh edib

İsrail Olimpiya Komitəsi çoxdandır Azərbaycan Olimpiya Komitəsi ilə əməkdaşlıq edir. 
"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Bakıda keçiriləcək Avropa Oyunlarını şərh edərkən deyib.
Səfir qeyd edib ki, Azərbaycan və İsrail arasında uzun illərdən bəri idman sahəsində sıx əməkdaşlıq var. O, Bakı-2015 Avropa Oyunlarının bir növ brendə çevriləcəyini və ölkənin idman infrastrukturunun inkişafına xidmət edəcəyini vurğulayıb.
Səfir bildirib ki, İsrail I Avropa Oyunlarına 150 idmançıdan ibarət heyətlə qatılacaq: "Bu, İsrail üçün kifayət qədər geniş heyətdir, hətta Londonda keçirilmiş Olimpiya Oyunlarına qatıldığımız heyətdən də böyükdür".
Onun sözlərinə görə, Bakı-2015-də iştirak İsrail üçün böyük əhəmiyyət daşıyır: "Çünki Avropa Oyunlarında qələbə qazanacaq İsrail idmançıları Rio-de-Janeyroda keçiriləcək növbəti Olimpiya Oyunlarına qatılmaq imkanı əldə edəcəklər".
R.Harpaz Bakıdakı yarışların İsraildə yayımlanacağını da qeyd edib: "İsrail mətbuatı Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərini geniş işıqlandırır. Bu, möhtəşəm və uğurlu tədbir olacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam