Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Məmmədyarov nota verməlidir”

“AŞPA-da qəbul olunan “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı qətnamə dəyişilməyən, rəsmi səndədir”.

 

Xeberinfo.com:  Məlumata görə, bunu millət vəkili Elxan Süleymanov bildirib onun sözlərinə görə, qəbul edilmiş qətnamədə artıq “nəzarətdə olan separatçı qüvvələr” sözləri yoxdur:


“Bu qətnaməni qəbul etməklə AŞPA aydın şəkildə bəyan edir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu əraziləri işğal edib. Qəbul olunan sənədlə AŞPA Ermənistan silahlı qüvvələrinin işğal zonasından geri çəkilməsini tələb edir. Qətnamədə vurğulanır ki, “qəsdən süni ekoloji böhranın yaradılması” “ekoloji təcavüz” hesab edilməli və ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək məqsədilə bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməlidir”.

Millət vəkili AŞPA-da Robert Volterin müəllifi olduğu “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnamənin qəbul olunmamasına da münasibət bildirib: “Bu qətnamənin qəbul olunmamasına səbəb Avroparlamentarilərin xristian həmrəyliyindən çıxış etməsi və Ermənistanın gördüyü işlərlə bağlıdır. Eyni zamanda uğursuzluğumuza səbəb bu məsələdə ermənilər qədər aktiv olmamağımızdı. 

Azərbaycana olan qərəzli mövqeyinə görə və “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı qətnamənin müddəalarının yerinə yetirilməsi üçün xarici işlər naziri Elmar Məmmədyarov nota verməli, ATƏT-in Minsk qrupunun tədbirlərindən imtina etməlidir. İnanıram ki, Elmar Məmmədyarov bunu edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam