Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ermənilər çəkilməyənə qədər insident baş verəcək” –Məmmədyarov düşmənə mesaj

elmar-1

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetidir".

Yenixeber.org:  Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışında deyib.

Nazir münaqişənin bu günə kimi həll edilməməsinin regionun inkişafına əsas maneə olduğunu söyləyib:

"Artıq 30 ilə yaxındır, həm Azərbaycan, həm də Ermənistan bu problemlə üz-üzə qalıb. Dünən biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını detallı müzakirə etdik. Təkcə biz nazirlər yox, Azərbaycan və Rusiya prezidentləri də görüşlərində bu məsələni mütəmadi müzakirə edirlər".

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistanın siyasi iradə göstərməli olduğunu vurğulayıb:

"Bu münaqişənin həlli ilə məşğul olanlar yaxşı bilirlər ki, əsas problem nədən ibarətdir. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərini tərk etməli, regionun təhlükəsizliyi təmin olunmalıdır. Daha sonra azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Sonra regionun kommunikasiyası bərpa olunmalı, dəmiryolu xətti bərpa edilməlidir. Bütün bunlar regionun iqtisadi inkişafına kömək edəcək. Daha sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır. Dünən Lavrovla görüşdə də bunları müzakirə etdik. Bir daha qeyd edirəm ki, əsas məsələ Ermənistan qoşunlarının kazarmaya qayıtmasıdır. Bütün bu məsələlər ardıcıllıqla həll olunacaq".

Qoşunların təmas xəttində yaşanan gərginlikdən danışan Azərbaycan XİN başçısı bildirib ki, təmas xəttində insidentlərin araşdırılması üzrə monitorinqin aparılması ilə Azərbaycan tərəfi razıdır:

"Deyirlər ki, gəlin qoşunların təmas xəttində insidentləri araşdırılması üçün monitorinq quraq. Biz də deyirik ki, buyurun. Lakin bu, böyük planın tərkib hissəsi olmalıdır. Ermənistan qoşunları həmin ərazilərdən çıxsın, sonra bunu edək. Qoşunlar orda olduğu müddətdə əlbəttə ki, insident də baş verəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam