Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan nə vaxt Bakı-Tiflis-Qars dəmir yoluna qoşula bilər?

 

 "Ermənistan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş əraziləri azad etməlidir." Belə bəyanatla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Monteneqro xarici işlər naziri ilə keçirdiyi birgə bifinqdə çıxış edib

 

Yenixeber.org: "Layihəni idarə edəcək müştərək şirkət yaradılır. Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", - E.Məmmədyarov bildirib.

BTQ dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktybarın 30-da Bakıda keçirilib. Ermənistanda bu hadisə pərtlik və narahatlıq yaradıb, eyni zamanda erməni siyasi dairələrində İrəvanın da bu layihəyə qoşula biləcəyi barədə fikirlər irəli sürülür.

Ermənistanın “168 jam” qəzeti bu məsələ ilə bağlı Gürcüstan Diplomatik Akademiyasının rektoru, politoloq Soso Tsinadzenin rəyini öyrənib. O deyib ki, nəzəri olaraq Ermənistanın Bakı-Tiflis-Qars layihəsində iştirakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından ayrıca danışıqlar predmeti ola bilər. “Siyasi xadimlər bu barədə düşünməli, Azərbaycana variantlar təklif etməlidir”-o deyib.

Tsinadze hesab edir ki, danışıqlar situasiyadan və Azərbaycanın mövqeyindən asılı olaraq həm ikitərəfli, həm çoxtərəfli ola bilər. Hansı ki, Azərbaycan artıq mövqeyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam